Xəbər lenti

 

Gözlənilən oldu. İsrail Qəzza zolağına hücum etdi.

Ovqat.com xəbər verir ki, hücum təyyarə və tanklar vasitəsilə həyata keçirilib.

Hazırda Qəzzadan həyəcan siqnalları yüksəlir.

Hər şey bir neçə saat öncə Qəzzadan İsrailə iki raketin atılmasıyla başladı.

İsrail raketlərin öz ərazilərinə düşmədiyini bildirmişdi. Heç bir tələfata yol açmayan bu raket zərbələrinin İsrailin Qəzzaya hücumuna bəhanə yaradacağı güman olunurdu. Qısa müddətdən sonra həqiqətən də bu hücum xəbəri gəlməyə başladı.

Məumata görə, sabah Qəzza zolağında HƏMAS-ın cümə aksiyası keçirəcəyi gözlənilirdi. Cümə namazından sonra keçiriləcək aksiyada iştirakçılar ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımasına etiraz edəcəklərdi. İsrail tərəfindən artıq başlanan hərbi əməliyyatlardan sonra qəzzalıların hansı addım atacaqları maraq doğurur.

Vəziyyətin gərginləşməsi Livan Hizbullahının da hadisələrə müdaxilə etməsi ehtimalını yaradır. Bu isə Yaxın Şərqdə çoxdan hazırlanan ssenarinin start düyməsinə basılması rolunu oynaya bilər.

Ssenariyə görə, Səudiyyə Ərəbistanı Yəmənə, İsrail Livana, BƏƏ isə Qətərə qarşı müharibəyə başlamalıdır. Başlanması gözlənilən bu  hücumlara İranın və Türkiyənin də laqeyd qalmayacağı aydındır. Görünən budur ki, Qəzzada başlayan gərginlik yaxın günlərdə bütün Yaxın Şərq ölkələrinin yer alacağı böyük savaşa doğru sürüklənə bilər.




Ana səhifəyə qayıt        Baxış: 1 535          Tarix: 8-12-2017, 02:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma