Xəbər lenti

 

“ABŞ Qüdsü İsrailin yeni paytaxtı kimi tanımaq qərarını bəzi ərəb ölkələrinin liderlərilə məsləhətləşərək verib”.

Ovqat.com xəbər verir ki, bu sözləri İsrailin Əks-Kəşfiyyat naziri Yisrael Katz bildirib.

Katz İsrail televiziyasında çıxış edərkən onu da vurğulayıb ki, ərəb liderləriylə məsləhətləşmələr fələstinlilərin qərara qarşı reaksiyalarının nəzarət altına alınması üçün aparılıb.

Nazir bu qərardan sonra Səudiyyə Ərəbistanı və körfəz ölkələriylə İsrailin arasında hər hansı gərginliyin yaşana biləcəyinə isə inanmır. “Çünki Səudiyyə Ərəbistanı ilə İsraili ümumi maraqlar biləşdirir. Xüsusilə İran hər iki ölkə üçün ortaq təhlükədir".




Ana səhifəyə qayıt        Baxış: 1 468          Tarix: 8-12-2017, 09:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma