Xəbər lenti

 

Rusiya prezidenti Putin Türkiyəyə səfər gedib.

Ovqat.com xəbər verir ki, Putinlə onu Beştəpə sarayında qarşılayan Türkiyə prezidentinin görüşü 1 saat çəkib.

Görüşdən sonra keçirilən mətbuat konfransında tərəflər, başda Qüds məsələsi olmaqla, bir sıra regional problemləri müzakirə etdiklərini açıqlayıblar.

Putin Qüds məsələsini fələstinlilərlə yəhudilərin heç bir xarici basqıya məruz qalmadan öz aralarında həll etməli olduqlarını bildirib. Ərdoğan isə “dəyər sahibi olan heç kəsin bu cinayətlərə göz yuma bilməyəcəyini” vurğulayıb.

Görüşdə həmçinin Suriya problemi, S-400 havadan müdafiə sistemlərinin Türkiyə satılması və başqa mövzular da müzakirə olunub.




Ana səhifəyə qayıt        Baxış: 935          Tarix: 11-12-2017, 23:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma