Xəbər lenti

 

Azərbaycan prezidenti İlham Əliyev minimum aylıq əməkhaqqının artırılması haqqında sərəncam imzalayıb.

APA-nın xəbərinə görə, sərəncamda minimum aylıq əməkhaqqının məbləğinin 2018-ci il yanvarın 1-dən 130 manat müəyyən edildiyi qeyd olunub. Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Bununla da “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 yanvar tarixli 2608 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 1, maddə 87) 1-ci hissəsi ləğv edilir. /APA
Nəzərə alsaq ki, bazarda 1 kq ət 13 manatdır, artırılan minimum əməkhaqqı 10 kq ətə bərabər olacaq.

Ovqat.com

 




Ana səhifəyə qayıt        Baxış: 1 049          Tarix: 25-12-2017, 21:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma