Xəbər lenti

 Keçmiş Müdafiə naziri Rahim Qazıyev saxlanılıb.

Ovqat.com xəbər verir ki, məlumatı tanınmış jurnalist Əvəz Zeynallı özünün facebook səhifəsində paylaşıb.

Jurnalistin bildirdiyinə görə, sabiq nazir Nərimanov rayonundakı 17-ci polis bölməsi aparılıb.

Saxlanılmanın səbəbi bəlli deyil.

Polis bölməsindən nazirin yaxınlarına onunla bu gün görüşə bilməyəcəkləri bildirilib.

“Polis mayoru, növbətçi Çingiz Səfərov məlumat verdi ki, səhər saat 10.00-da gəlin”-Əvəz Zeynallı belə yazıb.




Ana səhifəyə qayıt        Baxış: 2 655          Tarix: 25-12-2017, 21:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma