Xəbər lenti

 

 

“Tövbə” cəmiyyətinin sədri Hacı Əbdül  bölgələrdə vitse-prezident Mehriban xanım Əliyevanın prezidentliyə namizədliyini irəli sürmək kampanıyasına başlayıb. Belə tədbirlərdən biri də Ağsu rayonunda baş tutub.

Ovqat.com-a bu barədə məlumatı rayon sakinlərindən biri verib.

 

Kimliyini açıqlanmasını istəməyən sakinin bildirdiyinə görə, Hacı Əbdül tədbirdəki çıxışı zamanı  2018-ci il seçkilərində prezident İlham Əliyevlə yanaşı, ona ən layiqli alternativ kimi yalnız Mehriban xanımı görür: “Çünki istər ölkə daxilində,  istərsə də xaricində Prezident cənab İlham Əliyevin apardığı siyasətin layiqli davamçısı yalnız Mehriban xanım ola bilər. VNXB Hərəkatı Mehriban xanımın müstəqil namizəd kimi irəli sürülməsini dəstəkləyir…”

 

Hacı Əbdül Azərbaycan hakimiyyətinin əlehinə çıxışlar edən xaricdə yaşayan həmyerlilərimizi də unutmayıb: “Son zamanlar xaricdən, bəzi mərkəzlər tərəfindən dövlətimizə qarşı aparılan böhtan xarakterli qarayaxma kampaniyaların güclənməsi müşahidə olunur. Bu işdə onlara ölkə daxilindəki satqınlar da kömək edirlər. Bunu nəzərə alan VNXB Hərəkatının rəhbərliyi və üzvləri Prezident İlham Əliyevin ətrafında birləşərək, bu təzyiq və şantajların qarşısının alınmasında xalqımıza, dövlətimizə dəstək olmağı özlərinin vətəndaşlıq borcu hesab edirlər”. 

 

Ən maraqlısı isə olan odur ki, KXCP sədrinin müşaviri, KXCP Ağsu rayon şöbəsinin sədri Yaqub Babalı da Mehriban Əliyevın təbliğ edildiyi tədbirdə iştirak edərək, ön sırada oturub. Saytımıza göndərilən fotolardan da bu, aydın olur.

Deyəsən, 2018 -ci il Azərbaycan üçün xeyli sürprizlərlə yadda qalacaq.

Redaksiyadan: Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.




Ana səhifəyə qayıt        Baxış: 3 282          Tarix: 3-01-2018, 02:01      

Xəbəri paylaş


Paylaş:   

Prizma