Xəbər lenti

 

İranda ibtidai siniflərdə ingilis dilinin tədrisi qadağan olundu.

Ovqat.com xəbər verir ki, din lideri Əli Xamneyinin ibtidai siniflərdə ingilis dilinin tədrisini “Qərbin mədəni işğalı” kimi qiymətləndirməsindən sonra İran Ali Təhsil Şurası bu qərarı verib.

Şuranın rəhbəri Mehdi Navid-Ədham dövlət televziyasına açıqlamasında deyib:

 "Dövlətə məxsus və özəl ibtidai siniflərdə rəsmi tədris proqramı çərçivəsində ingilis dilinin tədrisi qanunlara və tənzimləmələrə ziddir. Şagirdlər İran mədəniyyəti əsasında təhsil almalıdırlar”.

 Qeyd edək ki, İran qanunvericiliyinə əsasən, ingilis dilinin tədrisi ibtidai yox, orta məktəblərdə, yəni 5-ci sinifdə başlayır. Ancaq son zamanlar bəzi ibtidai siniflərdə də bu dil şagirlərə öyrədilirdi. Bir çox ailələr isə uşaqlarına erkən yaşlarında özəl hazırlıq kurslarında bu dili öyrətməyə çalışırdılar.

Görünən budur ki, ölkəni bürüyən etiraz təlatümlərinin qarşısını almaq üçün İran dini liderləri “mədəni işğal təhlükəsini beşikdəykən boğmağa” qərar veriblər.




Ana səhifəyə qayıt        Baxış: 669          Tarix: 8-01-2018, 10:03      

Xəbəri paylaş


Paylaş:   

Prizma