Xəbər lenti

 

 Ramazan SİRACOĞLU

Qərb təbliğat maşını, kütləvi informasiya vasitələri bütün səy və bacarığı ilə İran İslam Respublikasında iqtisadi zəmində baş vermiş kiçik masştablı  etiraz aksiyasını  bütün dünyaya bir rejimin apokalipsisi şəklində təqdim etməyə çalışır. Dərhal qeyd etmək lazımdır ki, 80 milyondan artıq əhalisi, 1 milyon 645 min kvadrat kilometr ərazisi, təqribən 2500 illik dövlətçilik ənənəsi, yetərincə müasir silahla təchiz edilmiş qüdrətli ordusu olan bir dövlət üçün adda-budda yerlərdə vahid mərkəzdən idarə edilməyən, siyasi lideri olmayan, əsasən 19- 25 yaşlı gənclərdən ibarət, pərakəndə şəkildə, fərqli şüarlar səsləndirən mozaik tərkibli marginal qrupun etirazı qətiyyən təhlükəli deyil.  

Bütün ölkələrdə olduğu kimi, İranda da müəyyən problemlər mövcuddur, bunu heç İran rəsmilərinin özləri də inkar etmirlər: işsizlik səviyyəsinin yüksəkliyi, bahalıq, sosial təminatın yetərsizliyi, təbii olaraq vətəndaşların, ilk növbədə də gənclərin, səbr kasasını doldurmuşdur.

 Bunlar azmış kimi, 2018-ci ilin ( İran büdcə təqviminə görə, 1397-ci ilin ) büdcə layihəsinin müzakirəsində enerji daşıyıcılarının və yanacağın qiymətlərinin 50 faiz artırılacağı məsələsi gündəmə gətiriləndə narazı qüvvələr küçələrə çıxmışdılar. Ağay-e Ruhani 2015-ci ildə dünya dövlət rəhbərləri ilə səmərəli görüşlər keçirib onları inandırmışdı ki,  İran öz hərbi nüvə proqramının gerçəkləşdirilməsini dayandırmışdır. Bunun nəticəsində İrana tətbiq olunan bəzi sanksiyalar ləğv  edilmiş, İranın beynəlxalq aləmdən təcridinə son qoyulmuşdu. Qeyd edək ki, əhali ağay-e Ruhaninin bu fəaliyyətini  o zaman rəğbətlə qarşılamış və 2017-ci ilin may ayında keçirilən prezidənt seçkilərinin ilk turunda ona 2013-cü ildəkindən daha çox səs ( təqribən 5 milyon daha çox ) verərək ikinci dəfə prezident seçmişdi. Təbii olaraq, xalq səs verib seçdiyi başçıdan verdiyi vədlərin yerinə yetirilməsini gözləyir. Vədlərin gerçəkləməməsi, açıq-aşkar surətdə, ağay-e Ruhanini fakt qarşısında qoydu. İranın nüfuzlu mətbuat orqanı sayılan “Keyhan”ın ( كیهان )  08. 01. 2018- ci il tarixli sayında Prezident H. Ruhani da daxil olmaqla, əlaqədar təşkilatların rəhbərlərinin fəaliyyətləri ciddi tənqid olunmuşdur. Büdcənin hara xərclənməsi barədə yetkililərdən hesab soruşulur: «هر که از جیب مردم پول می‌گیرد باید به مردم بگوید کجا و چگونه خرج شده است؟» ( Xalqın cibindən pul götürənlər xalqa onun haraya və necə xərclənilməsini söyləməlidirlər- كیهان، دی،  ١٣٩٦،١٨  )

 Hərbi nüvə proqramının dayandırılması xalqa gözlənilən rifahı gətirmir, əsas ərzaq məhsullarının qiymətləri bahalaşır, infilyasiya faizi artır. Məsələn, hal-hazırda  1 Amerikan dolları, təqribən, 37 riala bərabərdir ( bizim 1 manatımız, təxminən, 21, 37 İran rialı edir ). Mövcud iqtisadi durum ağay-e Ruhaninin siyasi nüfuzuna xələl gətirir. Dünya güclərinin tətbiq etdiyi uzunmüddətli sankiyalardan özünə gəlməyə macal tapmamış  İranda baş vermiş təbii fəlakətlər ( zəlzələ, quraqlıq ) də ölkə iqtisadiyyatına mənfi təsir göstərir. Bir tərəfdən də ölkəni kataklizmalara sürükləməkdə marağı olanlar da sakit dayanmırlar. Xüsusən, ölkə xaricində yaşayan, bəlli səbəblər üzündən rejimdən incik düşmüş mühacirlər arasında ciddi təşkilatlanmalar gedir. Ölkədə monarxiya quruluşunu bərpa etmək istəyənlərə səxavətlə dəstək olanlar, “bulanıq suda balıq tutmaq” iddiasına düşənlər, təbii ki, durumu fürsət bilmişlər. Ötən ilin son günlərində və bu ilin başlanğıcında Məşhəd, Əhvaz, Həmədan, Tehran, Ərak, Bəndər Abbas, Şiraz, Nəcəfabad vs yerlərdə etirazçılar müxtəlif şüarlar səsləndirsələr də  (-Rza şah, ruhun şad olsun- رضا شاه روهت شاد - ; Suriyanı burax, bizim halımızı düşün- سوریه رو رها كن فكری به حال ما كن -; Vətəndaşlar, bayıra tökülün, haqqınızı hayqırın-  بریز بیرون هموطن حق ات رو فریاد بزن , Qorxmuruq, qorxmuruq: biz hamımımız birgəyik – نترسیم، نترسیم: ما همه با هم هستیم  )  şüarların əksəriyyətində əsas hədəf ağay-e Ruhani idi. Çox maraqlıdır ki, mətbuat konfransında ağay-e Ruhani  etirazçıların onun əleyhində səsləndirdikləri şüarı soyuqqanlılıqla qarşıladı: مردم باید احساس کنند در رسانه‌ها می‌توانند حرف‌هایشان را بیان کنند  - Xalq kütləvi informasiya vasitələrində öz sözlərini açıqlaya biləcəyini hiss etməlidir. Dövlət rəsmilərinin iştirakı ilə keçirilən iclasda da ağay-e Ruhani müxtəlif bölgələrdə baş vermiş etiraz aksiyalarını təmkinli şəkildə dəyərləndirmişdir: “ طبق قانون اساسی و حقوق شهروندی، مردم در بیان انتقادات و حتی اعتراض  ‌شان کاملاً آزاد هستند  “ – Konstitusiyaya və mülki hüquqa görə,  xalq tənqid etməkdə və hətta öz etirazını bildirməkdə tamamilə sərbəstdir.  ( Bax: ایران سیاسی، شماره ٦٦٨١، ١١ دی ، ١٣٩٦)

İddialara görə, keçən il İranda fiziki və hüquqi şəxslərə kömək üçün  prezident fondunda 70 milyard tüməndən çox ( təxminən, 1 milyard 892 milyon dollar ) vəsait varmış. Həmin vəsaitin haraya, nə qədər xərclənməsindən  nə hesablama palatasının, nə də iqtisadiyyat nazirliyinin xəbəri var. Ümumilikdə, son dörd ildə 280 milyard tümənin nəyə məsrəf olduğunu da bilən yoxmuş. Belə olduğu halda, 2018-ci ilin büdcəsində ( 1397-ci ilin büdcəsində ) də yenə prezident fonduna 70 milyard tümən vəsait ayrılacaq:

رقم این بودجه سال گذشته بیش از 70 میلیارد تومان بوده است . بد نیست بدانیم جمع جبری کمک‌هایی که رئیس‌جمهور طی چهار سال گذشته براساس این اعتبار به اشخاص حقیقی و حقوقی داده‌اند بیش از 280 میلیارد تومان می‌شود . در بودجه 97 هم بیش از 70 میلیارد تومان برای کمک و بودجه در اختیار رئیس‌جمهور پیش‌بینی شده است .       (Bax:  كیهان، دی ١٣٩٦،١٨ )

İctimaiyyət  ən çox  2018 -ci ildə benzinin qiymətinin 50 % artırılacağından qəzəblənmişdi. Ağay-e Ruhani son dörd ildə yanacağın qiymətini qaldırmadıqlarını vurğulasa da bu izahat müxalif qrupu qane etməmiş, əksinə, onun əleyhdarlarına yeni istinad nöqtəsi vermişdir:  Nə üçün beş il ərzində benzinin qiymətini sabit tutduq,  və istəyirik  indi qiymətini 50 faiz qaldıraq? Yaxşı olmazdımı ki, hər il qiymət on faiz dəyişdiriləydi və camaat da tədricən uyğunlaşaydı- چرا در پنج  سال گذشته قیمت بنزین را ثابت نگه ‌داشتیم و الان می‌خواهیم آن را 50درصد افزایش دهیم؟ بهتر نبود سالی ده در صد اصلاح قیمت صورت می گرفت تا جامعه خودش را به تدریج و پیوسته تطبیق دهد؟                                                                                                                     

İrandakı hadisələri diqqətli şəkildə izləyib təhlil edənlərin bəziləri bu hadisə ilə 1999 və 2009-cu illərdəki olaylar arasında bənzərlik axtarışındadırlar. Hətta bəziləri, güman edirlər ki,   mühafizəkarlarla islahatçılar ( güya, İranda iki siyasi qütb mövcuddur ) indidən 2021-ci ildə keçiriləcək prezident seçkiləri uğrunda güzəştsiz mübarizənin startı verilmişdir. Məsələ burasındadır ki, ölkə qanunlarına görə, ali dini rəhbər vəzifəsindən sonra ən yüksək məqam sahibi prezident hesab olunur. Belə önəmli siyasi məqamı tutmaq olduqca zəruridir. Həyati   əhəmiyyət daşıyan bu vəzifə ölkənin taleyinin, siasi kursunun  müəyyənləşməsində açar rolunu oynayır. Siyasi kuluarlarda  ali dini rəhbərin səhhəti və yaşı barədə pıçıldaşmaların başladığı məqamda etiraz aksiyasının baş verməsi istər-istəməz beyinlərdə suallar yaradır.

Mərkəzi Kəşfiyyat İdarəsinin şefi Mayk Pompeo Fox News Sunday müxbirinə aşkar şəkildə İranı nəzərdə tuttaraq bildirmişdir ki, /bu,/ öz xalqının yaşayışını yaxşılaşdırmaq üçün irəliləyişlər etməyən, geriyə baxan rejimdir. Mən tam əminəm ki, siz görəcəksiniz, İran xalqı buna qarşı çıxmağa davam edəcəkdir, ( “[This] is a theocratic regime that is looking backwards, instead of a regime that is looking forward to make the lives of their people better”. “It is my full expectation that you will see the Iranian people continue to revolt against this.”  Bax: The Weekly Standart. Jan. 08, 2018 | by Jenna Lifhits )

Mayk Pompeo iddia edir ki, İran xalqı iqtisadi problemlərlə üz-üzə qaldığı bir məqamda Qasem Süleymani onların pullarını Livan, Suriya və Yəmən kimi yerlərdə boşuna sovurur: (Qassem Soleimani wastes their money in places like Lebanon and Syria and Yemen”. Bax: The Weekly Standart. Jan. 08, 2018 | by Jenna Lifhits )

Qeyd edək ki, əfsanəvi general Qasem Süleymani İranın adı dillər əzbəri olan sevimli milli qəhrəmanı, İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-e Pasdaran-e Enğelab-e Eslami- nəzdindəki xüsusi təyinatlı Qüds birləşməsinin komandanıdır; haqqında mahnılar bəstələnib, şeirlər yazılıb, filmlər çəkilib.

MİK şefi M. Pompeo, eyni zamanda, İrandakı olaylarda xarici qüvvələrin də əli olduğunu söyləyən İran baş prokurorunun  da suçlamalarını qətiyyətlə inkar edərək bütün etirazların İranın öz daxilindən qaynaqlandığını vurğulamışdır. Misirdə çıxan “Mubaşir” qəzetində isə tamalilə başqa fikir irəli sürülür:

 الحكومة السعودية والولايات المتحدة تحاولان استغلال أجواء التجمهر والحرية في إيران سياسيا وتحويلها إلى توتر “ – Səudiyyə hökuməti və Birləşmiş Ştatlar İranın siyasi mühitindən və azadlığından yararlanaraq onu gərginləşdirməyə çalışırlar.(Bax:       النشر:31.12.2017 مباشر، )

Orta əsrlərdə (1096- 1272-ci illərdə  ) Yaxın və Orta Şərqə qarşı vaxtaşırı gerçəkləşdirilən səlib yürüşlərinin yerinə  müasir dövrdə yeni bəhanə tapılib: haraya isə demokratiya gətirmək. Liviyaya, Misirə, Yəmənə, İraqa, Suriyaya, Əfqanıstana gətirilən demokratiya nəticəsində həmin ölkələrin əhalisinin Avropa ölkələrində  yaşadıqları “xoşbəxt həyatı” İran xalqı gözəl dərk edir. CNN  İrandakı sonuncu  etiraz aksiyasının 2009-cu ildə baş vermiş “Yaşıl hərkat”dakından müqayisəolunmaz dərəcədə azsaylı olmasından təəssüf hissi keçirir: “The new protests are intense, but so far they are nowhere as big as those in the Green Movement in which millions took part after accusations of widespread election fraud in 2009. (Bax: CNN,  January 3, 2018 )

İctimai-siyasi hadisələri diqqətlə izləyənlər bilirlər, 2009-cu ildə İranda etiraz aksiyaları baş verəndə Amerikada qızğın mübahisələr başlamışdı: ABŞ- qiyabi olaraq İran olaylarına qatılmalıdırmı? O zaman Obama administrasiyası məsələyə müdaxilə etmənin faydasından çox zərəri olacağı düşüncəsiylə neytrallığını elan etmiş, iranlı etirazçılara sadəcə, mənəvi dəstək verməklə kifayətlənmişdi. Ağ evin indiki sahibi Mister Donald Tramp “tweet”lərində İrandakı etirazçılarla həmrəy olduğunu bildirmiş, onların nəhayət ki, rejimə qarşı çıxdıqlarını qeyd etmişdir: “the people of Iran are finally acting against the brutal and corrupt Iranian regime.” ( Bax: Vox, Jan 3, 2018). Mister Prezident rejimi “çürümüş” və “qəddar” adlandırmaqdan da çəkinməmişdir.

Mister Tramp nə qədər dəstək “tweet”i  atsa da, sensasiya aşiqləri peportyorlar həsrətlə gözləsələr də İrandakı etirazlar qısa müddətdə səngidi. Eyforiyaya qapılıb uca səslə onun- bunun ünvanına “Mərg!- Ölüm” şüarını səsləndirib avtomobillərin, mağazaların şüşələrini sındıranların ehtirasları məşhur Evin həbsxanasının sərin hücrələrində soyuduqca peşmanlıq hissi onları bürüyür ünvanlarına söyüşlər yağdırdıqları şəxslərə üzrxahlıq ərizələri ilə müraciət edirlər. Onlar da, sağ olsunlar,  “azadlıq aşiqlərini” iki-üç həftəlik “məzuniyyət”lə mükafatlandırıb evlərinə yola salırlar. Burada, bizim məşhur atalar sözümüz xatırıma gəlir: “Qul xətasız olmaz, ağa kərəmsiz”. ALLAH şeytana lənət eləsin. Qərb mətbuatı o gündən İrandakı etirazların ictimai əks-sədasının geniş olmamasının səbəblərini araşdırır, politoloqlar, konfliktoloqlar nəzəriyyə kitablarını vərəqləyir, Qərb iranşünasları baş sındırırlar:  “Why the regime isn’t panicking — yet. Nə üçün rejim hələ təlaşda deyil?”

Amerikanın Denver Universitetində “məxməri inqilabları” araşdıran tədqiqatçısı Erika Çenovets, deyəsən, bu sualın cavabını tapıbdır. Onun fərziyyəsinə əsasən, ölkə əhalisinin müxtəlif təbəqələrindən ən azı 3,5%-i şüurlu və fəal şəkildə inqilaba qoşulsa məxməri inqilab gerçəkləşər. Bütün İranda etirazçıların ümumi sayı, təqribi hesablamalara görə,   1500 civarındaymış. Xatırlatsaq ki, İranın əhalisi 80 milyondan artıqdır və 80 milyonun 3,5%-i təqribən 2,8 milyon edir, bu 1500 rəqəmi İranda inqilab üçün sinov gedənlərin heç ürəyincə olmadı.

İranda 10 şəhər, 5 çay, 2 dağ adı bilməsə də özünü “iranşünas”, “regionşünas”, “siyasətçi”, “tarixçi”, “diplomat” zənn edən bəzi klaviatura qəhrəmanları liberal dəyərlərdən, qəhrəmanlıq macəralarından dəm vurur, yeni xəritə cızır, təzə inzibati ərazi vahidlərinə “həyati vəsiqə” verirlər.

Hörmətli xanımlar, dəyərli bəylər! Türkiyə, Rusiya və İran bizim əbədi qonşularımızdır. “Qonşu qonşusunun külünə möhtacdır”- deyiblər. Onlarda əmin-amanlıq, nəticə etibarı ilə bizdə asayiş və rahatlıq deməkdir. Əgər dünyanın əşrəfi İNSANdırsa, heç bir şey onun bir damla qanına əvəz ola bilməz. Qan və göz yaşları hesabına hakimiyyətə gəlmək lazım deyil.  Azərbaycanın dahi şairi H. Cavidin sözləridir:

Kəssə hər kim tökülən qan izini,

Qurtaran dahi odur yer üzünü!

İstənilən yerdə, o cümlədən İranda da iqtidar dəyişikliyinin azad, şəffaf və demokratik yolla gerçəkləşməsi ən gözəl, ən rasional və məqbul yoldur.

İranda məişət zəmnində olan hər xırda insidenti Qərbdə ildırım sürətilə ictimailəşdirib onu “sonun başlanğıcı “ kimi şərh edənlərə, israrla və dörd gözlə inqilab olacağını gözləyənlərə, medya vasitəsilə stəkanda tufan yaradıb geniş ictimaiyyətə onu sunami effekti kimi təqdim eləməyə səy göstərənlərə dünyaya dahilər bəxş etmiş ingilislərin bir müdrik tövsiyyəsini xatırlatmaq istəyirəm: Do not make a mountain out of a molehill- ( Köstəbək yuvasından dağ düzəltməyin )

İranda sabitlik bərqərar olub. Türk də, fars da çiyin-çiyinə, qardaşcasına gəzir,  adamlar öz işində-gücündə, tələbələr universitetlərdə, müəllimlər auditoriyalarda, idmançılar meydançalarda,  tərəfdarlar stadionlarda, müğənnilər səhnələrdə, tamaşaçılar salonlarda. Bu sabitlik “bəlkə də qaytardılar” ümidiylə yaşayanların yuxusunu ərşə çəkib. Adrenalin həvəskarlarının da istəyi nəzərə alınıb. Yaxın günlərdə onlar üçün Tehranda məxsusi “Hayd Park”  inşa olunacaq. Divarlara ürəkləri istədikləri şüarları yaza biləcək, parkın ərazisində istədikləri qədər, lap elə meqafonlarla ürəklərindən keçənləri ucadan söyləyə biləcəklər. Qərb strateqlərinə inad, İranda sabitlik daha istiqrarlı olacaq, Bakı-Ankara- Tehran üçlüyü daha səmərəli, daha rasional siyasi-iqtisadi əməkdaşlıq zəmnində fəaliyyət göstərəcəktir.

 

 

 

 

 

 

 




Ana səhifəyə qayıt        Baxış: 6 563          Tarix: 12-01-2018, 21:01      

Xəbəri paylaş


Paylaş:   

Prizma