Xəbər lenti

  

Türkiyə çoxdan gözlənilən Afrin hərəkatına başlayıb.

Ovqat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hatay vilayətindəki qoşun birləşmələri Afrində yerləşən PKK-PYD cinahlarını bu gün günortadan başlayaraq ağır top atəşlərinə tuturlar.

Nəzərə alsaq ki, bütün piyada hərəkatları top atışları və havadan bombardımanla başlayır, Afrindəki bu hərəkətliliyi əməliyyat öncəsi cəbhə xəttindəki əngəlləri ortadan qaldırmaq kimi xarakterizə etmək olar.

Qeyd edək ki, bir neçə saat öncə Türkiyə prezidenti də yaxın günlərdə Afrin əməliyyatına başlayacaqlarını rəsmən bildirmişdi. Top zərbələrinin həmin çıxışdan dərhal sonra başlaması bu mənada təsadüfi sayılmır.

Aşağıdakı linkə də baxın:

  

http://ovqat.com/manset/16245-rdoan-yen-srt-dand-ab-ban-ilan-yuvasna-soxur.html

Afrindəki kürd separatçıları əsasən rus əsgərlərinin himayəsi altındadır. Məlumatlara görə, ruslar hətta onların kazarmalarına yerləşiblər. Odur ki, Türkiyənin bu əməliyyatı Rusiyayla razılaşdırdığı güman olunur.




Ana səhifəyə qayıt        Baxış: 2 323          Tarix: 13-01-2018, 16:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma