Xəbər lenti

 Titanların müharibəsi

ABŞ ilə Çin arasında ticarət müharibəsi başlaya bilər.

Ovqat.com xəbər verir ki, iddianı “Wall Street Journal” qəzeti irəli sürüb.

Yazıda ticarət müharibəsinin Ağ Evin Çinlə rəqabəti hədəfləyən ixracatla əlaqədar xüsusi tarif və məhdudlaşdırma tədbirlərindən çıxacağı və istifadə olunacaq "silahların” artıq hazırlandığı  bildirilir.

Bildirildiyinə görə, Vaşinqtonu savaşa sürükləyən səbəb Çinin 2017-ci ildə qlobal ticarət sahəsində ABŞ-ı keçərək rekord qırmasıdır. Yeni ildə Çinin öz sürətini daha da artıracağını proqnozlaşdıran müəllif, analizində iki tərəf arasında çıxa biləcək ticarət ziddiyyətlərini  “Titanların savaşı” kimi səciyyələndirilir.

Yazıda çıxma ehtimalı böyük olan ticari rəqabətin 1980-ci ildə ABŞ-ın yapon istehsalı  televiziya və maşınlara açılan müharibəyə bənzədilərək qeyd edilir:

"Bu dəfə güclər daha balanslı olacaq. Çünki ABŞ daha əvvəl iqtisadi gücü, sənaye qabliyyəti və qlobal ambisiyaları baxımından Çin kimi bir rəqib ilə üz-üzə gəlməyib. Yaponiya ABŞ-ın müttəfiqi idi, Çin isə getdikcə daha çox rəqib hala gəlir. Bu da qisasa qisas gərginliyi doğura bilər”.

“Wall Street Journal” yazarı Braunun fikrincə, Şimali Koreyanın nüvə təhdidinin ardından Çin ilə ABŞ arasında çıxması proqnozlaşdırılan ticarət müharibəsinin dünya iqtisadiyyatını alt-üst etmə ehtimalı var: "Belə bir ticarət müharibəsindən iki rəqib tərəfdən kənarda qalanlar da təsirlənə bilər. Ehtimallar özünü doğrultsa, ilk zərər görənlər isə ABŞ-ın müttəfiqləri olacaqlar".




Ana səhifəyə qayıt        Baxış: 1 687          Tarix: 19-01-2018, 10:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma