Xəbər lenti

 

Sabiq baş prokuror İlyas İsmayılovun lideri olduğu Ədalət Partiyası bu gün 6-cı qurultayını keçirib. Hakimiyyət partiyanı yerlə təmin etməkdən imtina etdiyi üçün tədbir Azərbaycan Demokrat Partiyasının (ADP) akt zalında baş tutub. Partiyanın ali yığıncağında 200-dən artıq qurultay nümayəndəsi, o cümlədən qonaqlar iştirak ediblər.

“AzPolitika”nın tədbirdə iştirak edən əməkdaşının məlumatına görə, partiya sədri İlyas İsmayılov özünün geniş məruzəsində hakimiyyətin apardığı siyasəti, xüsusən də Qarabağ siyasətini sərt tənqid edib. O, hakimiyyəti ATƏT-in Minsk Qrupunun vasitəçiliyinə ümid bağlamamağa, problemi xalqın və Azərbaycan Ordusunun gücünə arxalanaraq, həll etməyə çağırıb. İ.İsmayılov hakimiyyətin təhsil və səhiyyə siyasətini də sərt tənqid edib (İ.İsmayılovun məruzəsi daha geniş formada təqdim olunacaq).

Tədbirdə qonaq qismində iştirak edən partiya sədrləri – VAMBP sədri, professor Hacıbaba Əzimov, Azadlıq Partiyasının sədri Əhməd Oruc, VİP sədri Əli Əliyev və ADP sədri Sərdar Cəlaloğlu çıxış edərək, mövcud ictimai-siyasi vəziyyətlə bağlı fikirlərini bildirib, İlyas İsmayılovun Azərbaycan siyasətindəki rolu və yeri barədə yüksək fikirlər dilə gətirərək, qurultay iştirakçılarına uğurlar diləyiblər.

Qurultayda İlyas İsmayılovun yenidən Ədalət Partiyasının sədri seçilib, həmçinin digər seçkili orqanlara seçkilər keçirilib.

edalet01edalet02edalet03edalet04edalet05edalet06




Ana səhifəyə qayıt        Baxış: 1 483          Tarix: 28-01-2018, 09:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma