Xəbər lenti

 

“Osmanlı ordusu 1918-ci ildə Naxçıvanı tərk etmək məcburiyyətində qalanda yerli əhalini qorusun və özünümüdafiə birlikləri yaratsın deyə, 300 əsgər və bir neçə yüksək rütbəli zabitini Muxtar Respublikada (o zamankı Araz Türk Respublikası) buraxıb. Bu, çox böyük bir fədakarlıqdır. Faktiki olaraq həmin Türk birliyinin taleyi Naxçıvan uğruda təhlükəyə atılıb.

Həmin Türk əsgərlərinin sonrakı taleyi necə olub? 30-cu illərin represiyasından canlarını xilas edə biliblərmi? Onların nəslindən kimlər qalıb, haralardadırlar?”

Ovqat.com xəbər verir ki, saytımızın Baş redaktoru Heydər Oğuz bu gün facebook səhifəsində bu məlumatı paylaşıb.

O, yuxarıdakı suallara cavab tapmaq üçün Naxçıvan Muxtar Respublikasının əlaqədar qurumlarını araşdırma aparmağa çağırıraq bildirib:

“Naxçıvan Muxtar Respublika rəhbərliyindən xahiş edirəm ki, bu suallar ətrafında bir araşdırma aparılsın. Ya da arxiv sənədləri ilə bizi təmin etsin, biz araşdıraq. Hesab edirəm ki, bu araşdırma həm tariximizə, həm də Azərbaycan-Türkiyə qardaşlığına böyük töhfə olar”.

Şair-publisistin təklifinin qaynağı olan videonu təqdim edirik:




Ana səhifəyə qayıt        Baxış: 1 701          Tarix: 10-02-2018, 20:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma