Xəbər lenti

 

“Yazıçısı adını daşıdığın xalqa ahıl çağında yaltaqlıq aşılamağa daha bir “macal” tapdın. Əsərlərini sevə-sevə oxuyaraq böyüyən bir nəslin ümidini, inamını təkrar nədən məhv etməyə qərar verdin?”

Bu sətirlər İsa Mirzəyev adlı oxucunun Ovqat.com-un e-mail ünvanına göndərdiyi məktubdandır.

Yazıçı Anara ünvanlanmış açıq məktubda müəllif onun əsərlərini oxuyaraq böyüyənlərdən biri olduğunu və AYB sədrinin növbdənkənar seçkilərlə bağlı toplantıda öz mövqeyini məddahlıq səviyyəsində ortaya qoymasından üzüldüyünü bildirir.

“Yaxşı padşahın nağılı”nın sənin səmimi idealın yox, uydurman olduğunu bilmirdim o vaxt. Xalqı alçaldan rejimi təkrar dəstəkləməklə hislərinin qondarma olduğunu bir daha təsdiq etdin”-yazan İsa Mirzəyev öz sevimli yazıçısına məsləhət verməyi də unutmayıb:

Unutma ki, xalq yazıçısı adını daşıyırsan Barı, bundan sonra titulundakı “xalq” sözündən imtina et ki, Hz. Mövlana demişkən, xalq da öz işini bilsin. Allah Rəsul Rzaya rəhmət eləsin!”

Xatırladaq ki, bir neçə gün bundan əvvəl Azərbaycanın yaradıcı ziyalılarının Dövlət Filarmoniyasında keçirdikləri toplantı Anar çıxış edərək demişdi: “Prezident İlham Əliyev Azərbaycanda yaradıcılığın inkişafına böyük dəstək verir, daim yaradıcı insanları diqqətdə saxlayır, onların problemlərinin həllinə çalışıb. Ona görə də bu gün yaradıcı insanlar Prezident İlham Əliyevin növbəti seçkilərdə namizədliyini dəstəkləyir və qalib gələcəyinə əmindir. Biz yaradıcı adamlar cənab Prezident İlham Əliyevə səs verəcəyik və buna borcluyuq".

Görünür, oxucunu da elə bu fikirlər narahat edib.




Ana səhifəyə qayıt        Baxış: 3 043          Tarix: 14-02-2018, 00:55      

Xəbəri paylaş


Paylaş:   

Prizma