Xəbər lenti

  

“Ərəb və kürd xalqları, Türk ordusuna qarşı birləşin!”

Ovqat.com xəbər verir ki, keçmiş sovet hökumətinin məşhur “Bütün ölkələrin proletariatları birləşin!” şüarına bənzəyən bu sözləri Suriya Xarici İşlər nazirinin müavini Faysal Mikdad dilə gətirib.

Suriyanın rəsmi xəbər agentliyi SANA-nın bildirdiyinə görə, Mikdad “Zeytun budağı” əməliyyatını şərh edərkən belə deyib.

O, öz açıqlamasında Afrini Suriyanın ayrılmaz hissəsi olduğunu, rəsmi Dəməşqin “türk təcavüzünün” qarşısını almaq üçün bütün tədbirləri gördüyünü vurğulayıb və ərəblərlə kürdləri Türkiyəyə qarşı döyüşməyə çağırıb.




Ana səhifəyə qayıt        Baxış: 6 356          Tarix: 15-02-2018, 09:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma