Xəbər lenti

 

Zəruri qeyd: Türkiyəli yaxın dostlarımızdan aldığımız məlumata görə, bu xəbəri yayan “əl-Mayadin” televiziyası erməni terror təşkilatı “ASALA”-ya aid imiş. Xəbərin səhinliyi şübhə doğurur.

***

Əsədə bağlı hərbi birlşmələr artıq Afrinin mərkəzindədir.

Ovqat.com xəbər verir ki, bunu Livandan yayımlanan “əl-Mayadin” televiziyası bildirib.

Məlumata görə, Suriya ordusu Afrində terror təşkilatı YPG-yə dəstək vermək üçün bu addımı atıb.

Bu əslində gözlənilməz deyildi. Bir müddət əvvəl Rusiyanın rəsmi informasiya kanalı RİA da bu ehtimaldan xəbər vermiş, amma bir qədər fərqli fikir ortaya qoymuşdu. RİA İddia edirdi ki, rəsmi Dəməşq ilə PYD Afrini Əsəd qüvvələrinə ötürmək üçün razılığa gəlib və yaxın günlərdə bölgə tamamilə Suriya ordusunun nəzarətinə keçəcək. əl-Mayadinin yaydığı xəbərdə isə bölgəyə nəzarətin ötürülməsindən yox, kürd separatçılarına dəstək verməkdən söhbət gedir.

Afrinin Suriyaya ordusunun girməsindən sonra Türkiyənin separatçılara qarşı döyüşü çətinləşəcək. Söhbət yalnız hərbi gücdən getmir. Beynəlxalq hüquq baxımından da Türkiyənin Suriya ordusuyla üz-üzə gəlməsi başqa bir ölkənin ərazisinə hərbi müdaxilə sayıla bilər. Zira hazırda Ankara bölgəni terrorçulardan təmizləməyi əsas gətirib “Zeytun budağı” əməliyyatını yürüdür. Afrində Suriya ordusuyla qarşılaşmaq isə bu əməliyyatın legitimliyinə şübhə kölgəsi sala bilər və belə görünür ki, böyük güclərin yaratmaq istədiyi assosasiya da elə budur.

 




Ana səhifəyə qayıt        Baxış: 2 981          Tarix: 17-02-2018, 16:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma