Xəbər lenti

 

Bu gün Türkiyə prezidenti Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinla telefonla danışıb.

Ovqat.com xəbər verir ki, prezidentlərin başda Afrin və İdlib olmaq üzrə Suriyadakı son prosesləri müzakirə etdikləri bildirilir.

 Danışığın əsas mövzusu isə Suriya ordusunun Afrinə girməsi məsələsi olub.  “CNN Türk”ün məluatına görə, Ərdoğan həmsöhbətinə "Suriya rejimi bu addımı atarsa, nəticələri olar" deyib. Ərdoğanın həmçinin “Zeytun budağı” hərəkatının planlaşdırdığı kimi davam edəcəyini söylədiyi bildirilir.

 Qeyd edək ki, bu gün Suriyanın dövlət televiziyası ölkə ordusunun bir neçə saat ərzində Afrinə girəcəyini açıqlamışdı.




Ana səhifəyə qayıt        Baxış: 3 424          Tarix: 19-02-2018, 19:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma