Xəbər lenti

  

Türkiyə ilə diplomatik əlaqələrini kəsən, daha sonra “erməni soyqırımı”nı tanıyan Hollandiya indi də FETÖ-nun yeni yuvasına çevrilir.

Ovqat.com xarici mətbuata istinadən xəbər verir ki, Hollandiya hökuməti Türkiyədən qaçaraq sığınacaq tələb edən insanların böyük qisminə oturma izni verib.

Hollandiya televiziyasının (NOS) xəbərinə görə, oturma icazəsi verilənlərin böyük əksəriyyəti 15 iyul 2016-cı il tarixindıki uğursuz çevriliş cəhdinin ardından Türkiyədən qaçan FETÖ tərəfdarlarıdır. FETÖ-çu qaçqınların 73%-nə oturma icazəsi verildiyi bildirilir.

Maraqlıdır ki, Hollandiyaya sığınanlar içərisində Türkiyə vətəndaşları birinci yerdədirlər. Təkcə 2017-ci ildə bu ölkəyə pənah apararaq oturma izni alan türkiyəlinin sayı 509 nəfərdir. Türkləri suriyalı qaçqınlar izləyir.




Ana səhifəyə qayıt        Baxış: 1 047          Tarix: 21-02-2018, 11:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma