Xəbər lenti

 

Türkiyənin Afrinə qarşı “Zeytun budağı” əməliyyatı bu gün 34-cü gününə qədəm qoyur. Bu müddət ərzində 66 kənd, 6 kəndətrafı ərazi, 5 qəsəbə mərkəzi, ümumilikdə 20-si strateji nöqtə olmaqla 94 mövqe terrorçulardan təmizlənib, 1829 PYD/PKK-çı öldürülüb. Amma indiyəcən kürd separatçılarının əlini-ayağını Türkiyə sərhədlərindən yığışdırmaq mümkün olmayıb.

Ovqat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hatay və Qaziantep tərəfində 10 kilometrlik bir sərhəd xətti hələ də PYD-nin nəzarətindədir. Eyni zamanda Hatay Vilayətinin Kırıkhan rayonu sərhədində də beş kilometrlik xətt də PYD-dən alınmayıb. Bu iki bölgə də nəzarətə götürülsə, Afrində PYD-nin Türkiyə sərhədilə əlaqəsi tamamilə kəsilmiş olacaq.




Ana səhifəyə qayıt        Baxış: 1 191          Tarix: 22-02-2018, 14:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma