Xəbər lenti

  

“Afrində dünən gecə terroristlərə ağır zərbə endirilib. Döyüşlərə qatılmaq üçün bölgəyə gedən PKK/PYD terroristlərinin maşın karvanı  Ziyara Der Cimeyl xəttində TSQ tərəfindən vurulub. Əməliyyatda çox sayda terrorçu öldürülüb. Məryəmeyndə isə PKK liderlərinin toplantı keçirdiyi qərargah F16-lar tərəfindən yerlə yeksan edilib. Ən azı 15 terrorist öldürülüb ki, bunların da əksəriyyəti təşkilatın liderləridir”.

Ovqat.com xəbər verir ki, məlumatı TSQ yayıb.

Bildirildiyinə görə, PKK / PYD-yə aid vurulan maşın karvanı 30-40 texnikadan ibarət imiş. Avrinə gedən bu maşınlarda terrorçulara silah və canlı qüvvə aparıldığı qeyd olunur. Türkiyə ordusunun Baş qərargahı maşın karvanının vurulmasıyla əlaqədar görüntüləri də rəsmi internet saytında və sosial media hesabında paylaşıb.

Baş qərargahın yaydığı məlumatda deyilir:

“PKK / KCK / PYD-YPG və DEAŞ terror təşkilatlarına aid 30-40 vasitədən ibarət və içində terroristlər ilə silah və sursat daşıyan karvan 22 Fevral 2018 tarixində Afrin cənub-şərqində şəhərə yaxınlaşarkən təsbit edilmiş və şəhərdən 15 km qədər məsafədə quru atəş vasitələri ilə vurulmuşdur.

Hərəkat əsnasında yalnız PKK / KCK / PYD-YPG və DEAŞ terror təşkilatlarına aid həmin karvan hədəf alınmış və hər zaman olduğu kimi, vətəndaşların zərər görməməsi üçün hər cür diqqət və həssaslıq göstərilmişdir.

 

“Zeytun Budağı” əməliyyatının 33-cü günündə TSQ və ASO-nun bəzi yaşayış yerlərindən PKK-cıları təmizləməsi davam edir. Dünən axşam daha 9 kənd terroristlərdən azad olundu.

Təhlükəsizlik gücləri qərbdəki Sarı Uşağı, Rahmanlı, Zəhra, Aşağı Korgan və Yuxarı Korgan kəndlərini ələ keçirərək, Afrin mərkəzinə bir addım daha yaxınlaşdılar. Şimalda Bülbül diyarına bağlı Miqdad, Ali Racu və El Cara kəndlərini də təmizləyən ordu birlikləri buradakı hücum xəttini daha da dərinləşdirdilər. Cənub cəbhəsində Cinderes mühasirəsi davam edir.

 

Qəsəbənin yaxınlığındakı Yar Dilur kəndi də PKK-dan təmizləndi. Cinderes, Şeyx Hədid və Raco diyarlarındakı yaşayış yerlərində əməliyyatın başlaması gözlənilir. 361 yaşayış məntəqəsi olan  Afrində ələ keçirilən mövqe sayı 99-a yüksəldi”.

Qeyd edək ki, Türkiyə ordusunun ağır bombardımanına baxmayaraq, Bəşər Əsədə bağlı qüvvələrin artıq Afrinə girdikləri bildirilir.

Rus mediasının yazdığına görə, Bəşər Əsədlə PYD-nin əldə etdiyi razılığa əsasən, ordu birlikləri “Suriya xalqı birdir” şüarları ilə Afrinə giriblər. Onların sayının yüzlərlə olduğu bildirilir.

TSQ-nin son açıqlamasına görə, “Zeytun Budağı” əməliyyatında indiyədək öldürülən terrorçu sayı 1873-ə yüksəlib.




Ana səhifəyə qayıt        Baxış: 4 059          Tarix: 23-02-2018, 11:03      

Xəbəri paylaş


Paylaş:   

Prizma