Xəbər lenti

 

Əlizadə Nəhmədağaoğlu

Azərbaycanın analoqu olmayan inkişafından danışan əlahəzrətlərimizdən fərqli olaraq, sadə vətəndaşların iqtisadi durumu hər gün pisləşməkdə davam edir. Hakimiyyət kreslolarında oturanlar isə özlərinin gəlirlərinin yüksək olduğuna gorə bu vəziyyəti utanıb-cəkinmədən camaatın adından danışmaqdan həzz alırlar. Analoqu olmayan inkişafdan danışanda bu yalanları dinləyən olsa, ətrafda baş verən rəzalətin, saxtakarlığın, rüşvətxorluğun, məmur özbaşnalığın şiddətinə baxıb ya gözlərinin yaxşı görmədiyini, ya da qulaqlarının normal eşitmədiyinə inana bilərlər.

Bir qədər düşündükdən sonra istər-istəməz insanların sifətində ya həqiqət ya da nifrət, qəzəb ifadələri yaranır. Belə bir zamanda milləti kor hesab edib, öz telekanalları vasitəsi ilə eləcə də qəzetlərində iyrənc doğuran əməlləri inkişaf kimi millətə sırımağa calışırlar. Rayonların sosial-iqtisadi inkişafı üçün ayrılan pulların parkların salınması, mərkəzi küçələrin asvatlanması kimi işlərə “sərf”olunduğu, bu vəsaitlərin əsas hissəsinin şəxsi çiblərə axdığını hər kəs bilir. “Regionların sosial iqtisadi inkiçafı  Dövlət Proqramı”yalnız və yalnız icra başçılarının işinə yarıyır, iş yerləri barədə verilən hesabatlar aldadıcı rəqəmlərdən ibarətdir. Reallıqda isə rayonların əhalisi işsızlikdən bezar olub, müxtəlif qumar oyunlarına və ya müxtəlif oğurluqlara qurşanır.

Xususilə Beləsuvar rayonunda belədir. Rayon əhalisinin ,kənd camaatının da gumanı qalır əkilən, biçilən, yığılan məhsula, bu da göz qabağındadır. Hər il ət, yağ, meyvə-tərəvəz daha baha qiymətə alınır. Artım bəzən diaqonal silsiləsini xatırladır. 3-4 il əvvəl ət 6-7 manata, indi 11-13 manata, meyvə-tərəvəz də beləçə günbəgün bahalaşır. Bu gün əkinçiyə 1 ha sahəyə taxıl əkmək fantastık qiymətə başa gəlir. Şum 1 ha-sı 30-35 manat , mala cəkilməsi 25 manat, səpin aparılması 30 manat, taxılın bicilməsi və daşınması 75-80 manata başa gəlir. Sonda 1 ha əkin sahəsindən 20-25 sentnerdən artıq taxıl götürmək olmur. Yaxud pambıq əkilib beçərilməsinə 800-900 manat vəsait sərf etmək tələb olunur.

Biləsuvar rayonunda suvarılma sistemi bərbad olması və rayonda su qıtlığının olması qabarıq görünür və bu sahənin səmərəsız olduğu gün kimi aydındır. Pambıq əkən əkinçi onu istədi –istəmədi 55-60 qəpiyə satmağa məcburdur.

Bir neçə il öncə “Regionları  sosial-iqtisadı inkişaf proqramı “adı ilə bir reklam çarxı işə salındı. İlk baxışdan hiss olunurdu ki, onun hər cümləsi xəyali eyforiya ilə bəzədilmiş dekorasiyadır. İndi yada düşmür, çünki ortaya qoyulan statistik rəqəmlər tam başqa bir mənzərə yaradır. Üz qızardan nə varsa, onun üstündən sükutla keçmək də artıq vərdışə dönüb.

 

Sovet dönəmi dağılandan sonra SSRİ məkanında torpaqların özəllişdirilməsi ilə öyünən hakimiyyət böyük yanlışlığa yol verdi. Torpaqların əsas hissəsi məmurların əlinə keçdi. Dövlət ehtiyat torpaqları necə gəldi satıldı, təyinatları pozuldu, məmurların monopoliyasında olan dövlət ehtiyyat sahələri balıq saxlama (dambalarına) göllərinə çevrildi. Meşə zolaqları, örüş yerləri kəndlilərin əlindən alındı. Hətta kolxozların torpaq sahələri qeyri-leqal yollarla məmurların xeyrinə, dövlət ehtiyat torpaqlarına qatıldı və məqsəd də kəndliyə, adambaşına veriləsi pay norması azaltmaq idi...

Bələdiyyələrə verilmiş torpaq sahələri də “babam mənə kor dedi,hər kəsənə vur dedi” prinsipi ilə necə gəldi talandı və bu gündə bu talançılıq aqresiv formada davam edir. Kəndli demək olar ki, torpaq sahibi ola bilmədi, qismən kəndlinin əkib-becərdiyi məhsulları qədir-qiymətə mindirən strukturlar isə talan edildi. Üstəlik, keçmişə söykənən idarəçilik də ağır bir yük kimi torpağı olan kəndlinin boynuna çökdü. Dövlətin kəndliyə qayğısı kimi hay-həşir salan supsidiyalar isə ən səffaf rüşvət şəbəkəsinin çiçəklənməsinə yol açdı. Bu yardımlar yerli icra strukturlarının ən etibarlı gəlir mənbəyidir. Əli hər yandan üzülən, ”yazda əkinçi, qışda dilənci”olanlar isə hər hektara bölünən 40 manatı almaq üçün bütün sövdələşmələrə razılaşdırılır.

Söylədiyimiz yerli-yataqlı arqumetlərdən göründüyi kimi kəndli belə ağır şəraitdə yaşayır. Təəcüblü və dözülməz haldır ki, hörmətli deputatımız Z.Səmədzadə kəndlini vergiyə cəlb etməyi təklif edir. Görəsən, Xəzər dənizini hasarlayıb villalar tikənlərdən əmlak vergisi alınırmı? Sah saraylarının kommunal xərclərini ödəyirlərmi? Bəs, nədən belə küllü miqdarda qaz, elektrik enerjisi itkisi yaranır? Ən azından bizim Biləsuvar rayonunda bu qabarıq görünür.

Nədənsə hüquq muhafizə orqanları bu məsələ ilə məşqul olmur! Yerində olmayan məmurlar kənd təsərrüfatındakı tənəzzülü müxtəlif bəhanələrlə əsaslandımağa çalışırlar. Əsas arqument də, kənd təsərrüfatı gəlirli sahə deyil və sair.

Bu deyilənlərin həqiqət olmadığına sübutlar istənilən qədərdir. Götürək, elə Hollandiyanı; ərazisi Azərbaycanın yarısı (41,5min kv km)qədərdi, əhalisi az qala bizdən 2 dəfə (17 milyon nəfər) çoxdur, ancaq bu ölkənin təkcə kənd təsərrüfatından əldə etdiyi gəlir, bizim nefdən əldə etdiyimiz qazancdan çoxdur.

Bir vaxtlar ölkəmizin yeraltı, yerüstü sərvətlərinin sahıbi biz deyildik, bütün gəlirlər Moskvaya axırdı. Azərbaycan rəhbərliyinin ən çox öyündüyü, güvəndiyi isə kənd təsərrüfatlndakı rəqəmlər idi. Hər il az qala 1 milyon ton pambıq, 1,5 milyon ton üzüm yığırdıq. Bütün pripiskalara göz yumsaq, bunun 60-70 % həqiqəti əks etdirirdi. Mənim yaşıdlarım bircə mənzərəni göz önünə gətirsələr yetər: bir vaxtlar respublikanın hansı səmtinə üz tutsan –üzümlüklər,dalğalanan taxıl zəmiləri ağappaq örpəyə bürünən pambıq sahələri göz oxşayırdı. Nədən heç olmasa, pis keçmiş, bu hay-küyçü hakimiyyət üçün örnək olmur? Az-çox düşünənlər bilər; ölən təkcə torpaq deyil, minillik qan yaddaşımız, qədim kəndlərimiz, ellərimiz-obalarımız xarabalığa dönür. Biz isə bu xarabalıqda bayquşların  ucuz sövdələşməsinə qulaq asırıq.

Xalqın sərvətlərini talamaqla öz güzaranlarını istədikləri kimi quran məmurların nə vecinə ki, millət necə yaşayır. Onların ən əsas vəzifəsi bu təminatı onlara verən hakimiyyəti qorumaq, milləti isə qoy Allah qorusun !




Ana səhifəyə qayıt        Baxış: 2 055          Tarix: 23-02-2018, 17:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma