Xəbər lenti

 

Rusiya bu gün Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasında keçiriləcək Suriyada humanitar atəşkəsi elan edilməsi təklifinin lehinə səs verəcək.

Ovqat.com Rusiya xarici işlər naziri Sergey Lavrov mətbuata açıqlamasında bunu bildirib.

Küveyt və İsveçin birgə hazırladığı təklif bu gün saat 20.00-də səsə qoyulacaq.

Qətnamə layihəsində Suriyaya humanitar yardımın çatdırılması, xüsusilə Əsədə bağlı qüvvələrin Şərqi Qutada mühasirə altında saxladığı 700 nəfərin “tibbi təhlüyyəsi” üçün biraylıq atəşkəs tələb olunması nəzərdə tutulur.

Sənədin qəbul olunması üçün BMT Təhlükəsizlik Şurasının 15 üzvünün ən azı doqquzu təklifin lehinə səs verməli, ABŞ, Rusiya, Çin, İngiltərə və Fransa kimi daimi üzvlərinin isə heç biri veto hüququndan istifadə etməməlidir.

Müşahidəçilərin fikrincə, qətnamə layihəsi nə qədər Şərqi Qutanı mühasirədə saxlayan Bəşər Əsəd rejiminə qarşı hazırlansa da, Afrində anti-terror əməliyyatı keçirən Türkiyə də bundan təsirlənə bilər. Çünki BMT TŞ-nın bu cür qətnamələri bütün dövlətlər keçərlidir və bundan boyun qaçırmaq beynəlxalq öhdəliklərin pozulması mənasına gəlir.

Afrin əməliyyatının ən kritik anında BMT-nin belə bir qərar alması nəfəsləri kəsilmək üzrə olan terrorçu qüvvələrə zaman qazandıra və Bəşər Əsədə bağlı qüvvələrin bölgəyə daha rahat girməsinə şərait yarada bilər.

Qeyd edək ki, bu gün Türkiyə Silahlı Qüvvələri Afrinin ən strateji qəsəbələrindən sayılan Cinderes və Raconu dörd bir tərəfdən mühasirəyə almış və mülki vətəndaşları bölgəni tərk etməyə çağırmışdı. Bu çağırış TSQ-nın həmin bölgə mərkəzlərinə genişmiqyaslı hücum hazırlığında olduğundan xəbər verirdi. BMT TŞ-da qəbul olunmasına böyük ehtimal verilən biraylıq atəşkəs qətnaməsinin qəbulu Türkiyənin qazandığı bu üstünlükdən yaranan fürsətlərin müvəqqəti də olsa, əldən qaçırılması deməkdir.

Heydər Oğuz

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 1 113          Tarix: 23-02-2018, 19:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma