Xəbər lenti

 11 aprel 2018-ci il tarixində keçiriləcək Azərbaycan Respublikası növbədənkənar prezident seçkilərinə Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Quliyev Fərəc İbrahim oğlunun müdafiəsi üçün seçici imzalarının toplanması 01 mart 2018-ci il tarixində başa çatmışdır. İmzatoplama kompaniyasında 76 dairədən 44732 imza toplanmışdır və imza vərəqələri Milli Dirçəliş Hərəkatı Partiyasının seçki qərargahında yoxlandıqdan sonra 2 mart 2018-ci il tarixində 44732 imza Mərkəzi Seçki Komissiyasına seçki qanununa uyğun şəkildə təhvil verilmişdir. 

İmzaların toplanmasında Milli Dirçəliş Hərəkatı Partiyasının üzvləri və tərəfdarları xüsusi aktivlik göstərmişdir. 

Milli Dirçəliş Hərəkatı Partiyasının seçki qərargahı və namizəd Quliyev Fərəc İbrahim oğlu imzatoplama kompaniyasında fəal iştiraklarına görə MDHP-nin bölgə təşkilatlarının rəhbərlərinə, təşkilat üzvlərinə və tərəfdarlarına, imza vermiş bütün vətəndaşlara minnətdarlığını bildirir.

MDHP Mətbuat Xidməti




Ana səhifəyə qayıt        Baxış: 1 286          Tarix: 3-03-2018, 10:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma