Xəbər lenti

 

Dünya neft bazarında qiymətlər kəllə-mayallaq oldu.

Ovqat.com xəbər verir ki, günə sərt düşüşlə başlayan neft qiymətləri bu gün 3%-ə qədər ucuzlaşıb.

Günün ikinci yarısında 63.84 dollara qədər enən Brent markalı neft hazırda 64 dollar həndəvərində oynayır.

***

ABŞ dünya neft bazarını oynadır: Xam neft stoklarını 2.4 milyon barrel artırıb: “Qara qızıl” 3% ucuzlaşdı

 

ABŞ ticarət məqsədli xam neft stoklarını ötən həftə 2,4 milyon barrel artırıb.

“Hürriyyət”  xəbər verir ki, ABŞ Enerji İnformasiya Agentliyi (EIA) ölkədəki ticari xam neft ehtiyatlarını ötən 0,6 faiz artaraq 425,9 milyon barrelə yüksəldiyini açıqlayıb.

0.6 faizlik artım ilk baxışdan kiçik görünsə də, bu məlumat dünya neft bazarında 3%-lik ucuzlaşmaya səbəb olub.

Məlumata görə, London birjasında bir barrel Brent markalı neftin qiyməti bu gün günortdan sonra 63.86 dollara qədər enib. Hazırda qiymətlər 64 dollar cıvarında dalğalanır.

 Ucuzlaşmanın getdikcə sürətləncəyi proqnozlaşdırılır. Nədən ki, stok ehtiyatlarının 2,7 milyon barrelə qədər artacağı gözlənilir.

ABŞ ticarət məqsədli xam neft ehtiyatlarına daxil olmayan strateji stokları da keçən həftə 0,2 milyon barrel artıraraq, 665,5 milyon barrelə çatdırıb.

 ABŞ-ın həftəlik benzin ehtiyatları isə ötən həftə 0,8 milyon barrel (0,3 faiz) azalaraq 251 milyon barrelə enib.

Benzin ehtiyatlarında azalmanın 1,2 milyon barrel olacağı gözlənilir. Ötən həftə isə bu təxminlərdə 2,5 milyon barrel artım ön görülürdü.

 ABŞ xam neft hasilatını da artırıb. Bu, son 8 həftədəki 7-ci artımdır.  ABŞ-ın xam neft hasilatı də keçən həftə, bir əvvəlki həftəyə görə, gündəlik orta hesabla 86 min barel artımla 10,37 milyon barrelə çatmışdı.

 ABŞ-ın xam neft idxalı və ixracatı da artıb. EİA-nın məlumatına görə, idxalda keçən həftə, əvvəlki həftəyə nisbətən, gündəlik orta hesabla 721 min barrel artım qeydə alınıb və 8 milyon barrelə yüksəlib. Xam neft ixracı isə gündəlik orta hesabla 53 min barel artımla 1,5 milyon barrelə çatıb.




Ana səhifəyə qayıt        Baxış: 1 045          Tarix: 7-03-2018, 22:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma