Xəbər lenti

 

Gələcək Azərbaycan Partiyasının “Azad Seçki!” tələbilə bu gün Fəvvarələr Meydanında keçirdiyi etiraz aksiyası polis müdaxiləsiylə üzləşib.

Partiyadan Ovqat.com-a verilən məlumata görə, ən azı 10 aksiya iştirakçısı saxlanılıb.

Saxlanılanlardan məlum olanları aşağıdakılardır:

1) Emin Fərhad (Gənclərlə iş üzrə müavin)

2) Rəşad Məhərrəmov (Mərkəzi İcra Aparatının sədri)

3) Rəşid Nazim (Nizam İntizam Komisiyasının sədr müavini)

4) Sabir İbrahimov (Siyasi məhbus ailələrilə iş üzrə Müavin)

5) Elvin Kəngərli (Partiyanın Gənclər Təşkilatının sədr müavini)

6) Aslan Həmid (Partiya Gənclər Təşkilatının sədri)

7) Xəyal Əliyev (Partiya fəalı)

Hazırda digər saxlanılanların şəxsiyyətləri partiya tərəfindən müəyyənləşdirilir.

Qeyd edək ki, GAP-ın bu gün Fəvvarələr meydanında keçirməyi planlaşdırdığı mitinqə Bakı meriyası izn verməmiş, partiya isə icazəsiz mitinq keçirmişdir.

 




Ana səhifəyə qayıt        Baxış: 4 219          Tarix: 10-03-2018, 20:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma