Xəbər lenti

  

Avropada mühacirətdə olan Vidadi İsgəndərli təhqir kampaniyasında əsas hədəflərdən biri olaraq BAXCP sədri Qüdrət Həsənquliyevi seçib. İddialarına görə, guya, Qüdrət bəy onu hansısa kampaniya aparmaq üçün maliyyələşdirirmiş.

 

İrəli sürülən iddialara BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı bu gecə paylaşdığı statusunda aydınlıq gətirib. Niyaməddin bəyin yazdığına görə, Qüdrət Həsənquliyev həqiqətən də Vidadi İsgəndərli həbsdə yatarkən, onun ailəsinə maddi yardımlar edib. Amma bu addımı hansısa bəd niyyətlə deyil, insanlıq xətrinə atıb.

“Vidadi özü etiraf edir ki, həbsdə olanda Qüdrət bəy ona həbsxanaya pul göndərirmiş. Allah da bilir ki, Qüdrət bəy pulu onun ailəsinə verirdi. Vidadinin heç yerdə işləməyən xanımı iki qız uşağı ilə köməksiz qalmışdı”-yazan Niyaməddin Orduxanlının sözlərinə görə, hətta İsgəndərlinin mərhum qardaşı Qalib son nəfəsində bu xeyirxahlığı üçün Qüdrət bəyə ölənə qədər borclu olmağı Vidadiyə vəziyyət edib:

“Qüdrət bəyin qapısının ağzında boynunu burub dayanmışdın, onun qəbulunda başqa adam var idi. Salamlaşdıq, dedin ki, ölüncə Qüdrət bəyə borcluyam. Qalibə dedim ki, qızlarının ikisini də Qüdrət bəy işə düzəltdi, O da dedi ki, Vidadi sən ölüncə Qüdrət bəyə borclu olmalısan. Bundan sonra əllərini göyə qaldırıb “ilahi, çox şükür!” deyib, əbədi gözlərini yumdu”.

Niyaməddin Orduxanlı iddia edir ki, Qüdrət Həsənquliyevin İsgəndərovlar ailəsinə xeyirxahlığı bununla da bitmir. Vidadi İsgəndərlinin böyük qardaşı İsfəndiyar və oğlu uzun illər BAXCP-nin aparıcı adamlarından olub, onların bir çox qohumunu işə şəxsən Qüdrət bəy düzəldib:

“Qüdrət bəy əqidəsini satmışdısa, ata əvəzi dediyin İsfəndiyar bəy uzun müddət necə BAXCP İdarə Heyətinin üzvü olub. Onun oğlu Orxan uzun müddət Qüdrət bəyin köməkçisi olub. Onda belə çıxır ki, Qüdrət bəyə dediklərini böyük qardaşına da deyirsən. Bundan başqa necə …-sən ki, bu gün haqqında min söz dediyin Qüdrət bəydən xahiş edib, bacın qızını onun yanında işə düzəltmişdin. Qardaşın və bacın oğlunu kim işə düzəltmişdi?! Başqa qardaşının qızını kim işə düzəltmişdi və təhsil haqqını kim verirdi? - Əlbəttə, Qüdrət bəy”.

Vidadi İsgəndərlinin həbsdən çıxdıqdan sonra Qüdrət bəyə asi kəsildiyini vurğulayan Niyaməddin Orduxanlı bunu səbəbini Rusiya kəşfiyyat orqanlarıyla əməkdaşlıqda görür.

Statusunun sonunda Vidadi İsgəndərlinin həbsxanadan Qüdrətə bəyə göndərdiyi məktubu paylaşan BAXCP sədr müavini vurğulayıb:

“Qüdrət bəydən soruşdum ki, Vidadi niyə bu cür … edir? O zaman mənə onun türmədən göndərdiyi məktubları göstərib, nələr yazdığını göstərdi. Onun Qüdrət bəyə yazdığı məktubların şəklini çəkmişdim, siz də baxın!”

 




Ana səhifəyə qayıt        Baxış: 2 536          Tarix: 13-03-2018, 11:22      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent