Xəbər lenti

  

Türkiyəylə ABŞ arasnda yaşanan gərginliklər Amerika mətbuatında gündəmdən düşmür.

“Hürriyyət”in bildirdiyinə görə, bu gün “Washington Times” qəzetində dərc olunan "ABŞ-Türkiyə münasibətlərindəki böhran" sərlövhəli məqalə də bu mövzuya həsr olunub.

Məqalə müəllifiəri ABŞ keçmiş Dəniz Qüvvələri Naziri Uilyam Middendorf və Dan Negrea yazıda ABŞ - Türkiyə əlaqələrini bərpa olunmasının vacibliyinə toxunublar.

 ABŞ-ın az sayda müttəfiqinin oluğunu, Türkiyənin onlardan daha əhəmiyyətli strateji mövqeyə sahibliyini bildirən müəlliflərin fikrincə, iki ölkə aralarındakı ittifaqı bərpa etmək üçün ağıl, səbr və səy göstərilməlidirlər:

“Türkiyə Texas ştatı qədər böyükdür, 80 milyon əhalisi var və iqtisadi gücünə görə dünyada 17-ci yeri tutur. Türkiyə ordusu da NATO-nun 2-ci böyük hərbi gücüdür, Almaniya, Birləşmiş Krallıq və Fransanın cəmindən daha çox hərbi qulluqçuya malikdir”.

Bu mövqeyi ilə Türkiyənin müstəsna strateji önəmi olduğunu vurğulayan müəlliflər qardaş ölkədə 2016-ci ildə hazırlanan dövlət çevrilişi cəhdinə və bunun ardıca baş verənlərə diqqət çəkərək, qeyd ediblər ki, rəsmi Ankaranın qarşısında dayanan xeyli xarici problemləri var. Türkiyənin ABŞ, Aİ kimi Qərb dövlətlərilə yaşadığı gərginliyi sadalayan müəlliflər onun ABŞ-la əsas münaqişəsinin kürdlərlə bağlı olduğu bildiriblər. Məqalədə bunun səbəbi İŞİD və Əsəd rejimiylə mübarizədə Vaşinqtonun YPG-nı silahlandırması  göstərilib: "Türkiyə Amerikanın YPG ilə əməkdaşlığını dayandırmasını istəyir. Vaşinqton üçün isə YPG Suriyada yeganə etibarlı yerli silahlı müttəfiq olduğundan bunu həyata keçirmək çətindir”.

Məqalədə, həmçinin Türkiyənin Afrində həyata keçirdiyi Zeytun Budağı hərəkatı üzərində durulur, əməliyyata Əsəd rejimini dəstəkləyən İran və Rusiya ilə yanaşı, regionda 2 min xüsusi hərbi qüvvə saxlayan ABŞ tərəfindən də etiraz edildiyi vurğulanır.

Həm ABŞ-ın, həm də Türkiyənin aralarındakı münasibətləri bərpa etmək istədiklərini qeyd edən müəlliflər iki ölkə arasında son dövrdə aparılan intensiv danışıqlara da toxunublar. Türkiyənin Amerika və NATO-nun köməyi olmadan işğalçı Rusiyaya və İrana qarşı mübarizə apara bilməyəcəyini anladığı vurğulanan məqalədə məqalədə, "dəyərli tənhalığın istənilən ölkə üçün təhlükəli olduğu" qeyd edilir:

"Rusiya və İran eyni zamanda Amerikanın əzəli düşmənləridir. Bunların öhdəsindən gəlmək üçün Amerikanın, mükəmməl deyilsə belə, yenə müttəfiq olan Türkiyəyə ehtiyacı var. Türkiyə Soyuq müharibə zamanı NATO-nun cənub-şərq qanadı idi, Koreya müharibəsində ABŞ tərəfində döyüşüb və Əfqanıstan müharibəsinə indi də yardım edir. Amerika Türkiyə ilə əlaqələrini bərpa etməli və onu NATO-da saxlamalıdır”.




Ana səhifəyə qayıt        Baxış: 1 218          Tarix: 28-03-2018, 21:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma