Xəbər lenti

 

Prezident Donald Trampın Suriyadan çəkilmək qərarını açıqlaması ABŞ-da ciddi müzakirələrə səbəb olub.

"Hürriyyət" xəbər verir ki, respublikaçı senator Lindsey Graham Trampın bu planını “verilə biləcək ən pis qərar” adlandırıb.

“Fox News”-a açıqlama verən senatorun fikrincə, ABŞ-ın Suriyadan çəkilməsi Türkiyə ilə kürdlər arasındakı gərginliyi artırmaqla yanaşı, həm də İŞİD-i yenidən dirçəldə bilər:

“Bu, bir fəlakətə gətirib çıxarar. Suriyadakı hələ də 3 mindən çox İŞİD silahlısı var. Əgər qoşunlarımızı yaxın zamanlarda Suriyadan çıxarsaq, İŞİD geri qayıdar, Türkiyə ilə YPG arasındakı döyüş nəzarətdən çıxar və Dəməşqi iranlılara vermiş olarıq”.

Qeyd edək ki, Tramp ötən həftə Ohio ştatında tərəfdarlarına müraciət edərək, "Suriyadan çox yaxından çıxaracağıq, qoy, bu məsələylə  bir az da başqaları əlləşsin",-demişdi.

Daha sonra ABŞ prezidentinin YPG-yə verilməsi nəzərdə tutulan 200 milyon dollarlıq yardımı da dondurduğu məlum olmuşdu.




Ana səhifəyə qayıt        Baxış: 1 112          Tarix: 3-04-2018, 08:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma