Xəbər lenti

 

Azərbaycan öz füsunkar gözəlliyi ilə həmişə qonaqlarının diqqəti cəlb edib. Tarix boyu bu diyar turizm ölkəsi kimi tanınıb. Qədim dövrlərdə öz təbii od-alovu ilə atəşpərəstlərin ziyarətgahı olan məmləkətimiz həm də İpək yolu üzərində yerləşdiyindən dünyanın bir çox ölkələrindən gələn tacirlərin yolüstü dincəlmə məkanına çevrilib. İstər dini, istərsə də ticarət turizminin mərkəzinə çevrilən Azərbaycan həmişə qonaq-qara qarşısına duz-çörəyi, elmi, mədəniyyəti ilə çıxıb.

Azərbaycan ruslar tərəfindən işğal ediləndə də, 200 illik əsarətdə yaşayanda da bu gözəl adət-ənənələrinə sadiq qalıb. Post-sovet məkanında bol günəşi, əsrarəngiz təbiəti, dənizi, dağları ilə insanları özünə cəlb edən ölkəmizin turistlərə təqdim etdiyi nemətlər də müsbət keyfiyyətlərimiz olub. Bunun bariz nümunəsi kimi Azərbaycan sovet ədəbiyyatının görkəmli nümayəndəsi Süleyman Rüstəmin turistləri ölkəmizə çağırışına həsr edilmiş məşhur şeirini göstərə bilərik. Qeyrət, hörmət, namus kimi mənəvi məfhumların təbliğinə söykənən həmin şeirin bir bəndində deyildiyi kimi:

“Payızında, qışında, baharında, yazında

Dinir dostluq nəğməsi konüllərin sazında.

Sabaha addımlayan mərd oğlunda, qızında

Qeyrət görmək istəyən Azərbaycana gəlsin!”

Azərbaycan müstəqillik illərində də öz iqtisadiyyatını şaxələndirmək üçün tarixi turizm potensialını yenidən dirçəltmək qərarına gəlib. Xüsusilə neftin dünya bazarında bahalaşmasından sonra ortaya çıxan zərurətlər ölkəmizdə turizmin inkişafına təkan verib.

Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, təkcə 2017-ci ilin birinci yarısında Azərbaycana 1 199 667 nəfər xarici vətəndaş səfər edib. Bu göstərici 2016-cı ilin eyni dövrü ilə müqayisədə (966 497 nəfər) 24 faiz çoxdur.

Məlumata görə, ötən ilin birinci yarısında ölkəmizə gələn xarici vətəndaşların ümumi sayında Rusiya 374 491 nəfərlə (17% artım) ilk yerdə qərar tutub. Sonrakı yerlərdə Gürcüstan (254 425 nəfər, 4% artım), Ukrayna (27 342 nəfər, 14% artım) vətəndaşlarının xüsusi çəkisi daha çox olub.

“Qeyd edək ki, cari ildə Azərbaycana səfər edən ərəb ölkələri vətəndaşlarının sayında böyük artım nəzərə çarpır. 2016-cı ilin ilk 6 ayı ilə müqayisədə bu ilin ilk yarısında Omandan 16 dəfə, Küveytdən 8, Səudiyyə Ərəbistanından 6, Qətərdən 5, Mərakeşdən 5, BƏƏ-dən 4,4, Pakistandan 3,5, Əlcəzairdən 3,5, İordaniyadan 2,2, Türkmənistandan 2 və İraqdan təxminən 1,5 dəfə çox turist ölkəmizə gəlib”.

Göründüyü kimi, ötən ildən başlayaraq, ölkəmizə səfər edən turistlərin sayında ən çox artım ərəblərin payına düşür. Post-sovet ölkələrindən gələn turistlərin sayında bir neçə faizlik artım olubsa, Oman, Qətər, Səudiyyə Ərəbistanı bu sahədə 500%-1000%-lik rəqəmlərlə hər kəsi qabaqlayır. Bəs, görəsən, ərəblər Azərbaycanımızı nə məqsədlə ziyarət edirlər?

Hesab edirik ki, ərəb turist şirkətlərinin hazırladığı bir reklam klipi bu suala kifayət qədər aydınlıq gətirir. Video-çarxda üzərində “Azərbaycanlı tur bələdçisi” yazılan bir qız ərəb dilində əcnəbiləri ölkəmizə çağırıraq deyir: “Salam, mənim adım Suzannadır. Buyurun, Azərbaycana gəlin”.

Ardından bədəvi ərəblərin səhrada yarışı başlayır - kimisi piyada qaçaraq, kimisi maşınla şütüyərək.

Video-çərxi oxuculara təqdim edirik:

“Hürriyyət”




Ana səhifəyə qayıt        Baxış: 2 475          Tarix: 5-05-2018, 17:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma