Xəbər lenti

 

ABŞ-da Fəthullah Gülən istintaqı başlayıb: Ekstradisiya oluna bilər

"Amerikanın Federal Təhlükəsizlik İdarəsi (FBİ) Fəthullah Gülən barəsində istintaqa başlayıb. Onun Amerikadakı qanun pozuntularını - vergidən viza qaçaqçılığına qədər hər cür cinayət əməllərini görməyə başladılar və ciddi araşdırmalar aparıldığını Dövlət Departamentinin sədri  mənə dedi”.

Ovqat.com xəbər verir ki, bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu mətbuata açıqlamasında deyib.

Nazirin sözlərinə görə, Fərhullah Gülənin Türkiyəyə təhvil verilməsi də istisna deyil:

“Ekstradisiya məsələsində də var gücümüzlə çalışırıq. Bir komissiya da yaratmışıq. ABŞ bu problemləri bir kənara ata bilməz. Eynilə, Münbic məsələsində də olduğu kimi. Münbic məsələsində də bir masaya oturduq yol xəritəsi hazırladıq. YPG-li, PKK-lı terrorçuları buradan çıxaracağıq və bölgəni həqiqi sahiblərinə təslim edəcəyik".

Mövlud Çavuşoğlu FETÖ-yla mübarizə məsələsində Almaniya ilə də tədricən ortaq məxrəcə gəldiklərini gizlətməyib:

 "Almaniya da indi bəzi mətləbləri anlamağa başladı. “Der Spiegel” jurnalistləri və araşdırmaçıları ilə danışırdıq. "PKK-ya da üz verirsiniz, sonra nəzarət edə bilməyəcəyik”, - deyirdik. "Sabah FETÖ bəlası daha böyük bir bəla olaraq qarşınıza çıxacaq”, - deyirdik. İndi məsələni bir az araşdıranda həqiqətləri görməyə başladılar. Türkiyə əleyhdarlığı bunların gözlərini kor etmişdi. "Necə olsa, Türkiyə əleyhinədir və bu, bizim üçün yaxşıdır”,- deyirdilər. Amma bir az araşdırdılar və təhlükə gördülər".




Ana səhifəyə qayıt        Baxış: 1 231          Tarix: 13-06-2018, 08:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma