Xəbər lenti

 

Bakı Ağır Cinayətlər Məhkəməsində "Nardaran işi" üzrə təqsirləndirilən Elxan İsgəndərov və Əbülfəz Bünyatovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

APA-nın xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesə təqsirləndirilən, ev dustaqlığında olan Əbülfəz Bünyatov təcili yardım maşını ilə, xərəkdə gətirilib. 

Prosesdə hökm oxunub, Elxan Isgəndərov 14 il, Əbülfəz Bünyatov 15 il müddətinə azadlıqdan məhrum edilib.

Əbülfəz Bünyatov barəsində olan polis nəzəratətində qətimkan tədbiri ləğv edilib və məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, prokuror Elxan İsgəndərovun  14 il, Əbülfəz Bünyatovun 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, Elxan İsgəndərov və Əbülfəz Bünyatova Cinayət Məcəlləsinin 28, 214.2.1, 28, 214.2.3, 214-2, 220.2, 228.3, 228.4, 233, 278, 279.1, 281.2, 283.2.3 və 315.2-ci maddələri ilə ittiham elan edilib.

Onlar 2015-ci il Sabunçu rayonunun Nardaran qəsəbəsində baş verən hadisələrlə bağlı ittiham olunurlar.

Elxan İsgəndərov 15 mart 2017-ci ildə polis əməkdaşları tərəfindən həbs olunub və barəsində həbs qətimkan tədbiri seçilib.

 

 

 

Ə.Bünyatovun səhhətində problem olduğuna görə, o, polisin nəzarəti altına verilib.




Ana səhifəyə qayıt        Baxış: 714          Tarix: 11-07-2018, 12:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma