Xəbər lenti

 

Ankaranın PKK/PYD silahlılarından təmizləndiyi Afrində çox önəmli sənədlər ortaya çıxıb.

Ovqat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Afrindəki terror təşkilatının maliyyə hesabatları ələ keçirilib.

Həmin sənədlərdə vətəndaşlardan vergi adı altında toplanılan xəraclar, Qəndilə edilən yardımlar, terror tunellərinin inşası üçün ayrılan vəsaitlər, Əsəd rejiminə verilən ödənişlər, narkotik və insan alverindən əldə edilən pulların hesabatı yer alır.

 PKK-nın 2012-cü ildən etibarən tədricən ələ keçirdiyi Afrində son 5 il müddətdə xərclərin yer aldığı qeydiyyat dəftərində təşkilatın hər il 600 milyon dollardan artıq gəlir əldə etdiyi və bu miqdarın əhəmiyyətli bir qisminin terror təlim düşərgələri və Qəndilə göndərildiyi məlum olub.

Bu ilin 24 mart tarixində TSQ və ASO tərəfindən Afrindən təmizlnən PKK-nın maliyyə qeydlərində sərhəd xəttində inşa edilən və uzunluğu 150 kilometri aşan terror tunelləri üçün xüsusi büdcə ayrıldığı ortaya çıxıb. Afrinde döyüşən ASO komandirlərindən Polkovnik Əbu Abdonun bildirdiyinə görə, Cinderes, Şeyx Hədid, Raco, və Bülbül başda olmaqla bölgədə inşa edilən tunellər üçün PKK 4 il ərzində 4 milyon dollardan artıq vəsait xərcləyib:

“Qeydlərə görə, Sipan Hamo, Mahmud Berhudan, Xogar və Çekdar Mamo adlı təşkilat liderlərinə xüsusi büdcə təsis edilib. Afrində ələ keçirilən PKK-çılar təşkilatın bölgə komandirləri və mülki rəhbərlərinin xərac, qaçaqmalçılıq, narkotik ticarətindən əldə edilən pullarının əhəmiyyətli hissəsini mənimsədiklərini bildiriblər”.

 Maliyyə hesabatlarında PKK-nın hansı ölkələr tərəfindən maddi və mənəvi olaraq dəstəkləndiyi də bütün detallarına qədər göstərilib Məlumatlarda görə, ilk dövrlər rus, alman, ingilis, fransız mühəndislər tərəfindən dəstəklənən Afrin istehkamına daha sonra Pentaqondan mütəxəssislər göndərilib. Onların missiyası bölgədə hərbi düşərgələr, qüllə və tunellər inşa etmək imiş.

Afrində yaxalanan və Türk rəsmilərinə təslim edilən sözdə kanton rəhbərlərindən Gabar kod adlı terrorçu bölgədən qaçış prosesində milyonlarla dolların oğurlandığını və bu vəsaitin bir qisminin yük maşınları ilə Münbiçə göndərildiyini etiraf edib. O, həmçinin dağlıq bölgələrdə pul və qiymətli əşyaların saxlanıldığını da gizlətməyib.




Ana səhifəyə qayıt        Baxış: 652          Tarix: 19-07-2018, 11:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma