Xəbər lenti

 

"Amerikadan bir nümayəndə heyəti gəldi. Biz bu sanksiyalara rədd cavabı verdik”.

Ovqat.com xəbər verir ki, bu önəmli açıqlama ilə Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu çıxış edib.

Şimali Kiprə səfərində jurnalistlərin sualına cavab verən Çavuşoğlu Türkiyənin sanksiyalara qoşulmamasının səbəbini də açıqlayıb:

“Biz İrandan neft alırıq. Həm də uyğun qiymətə alırıq. Türkiyə olaraq bu sanksiyalara qoşulmayacağımızı izah edərkən, prinsip olaraq Amerikanın bu addımları doğru hesab etmədiyimizi də deyirik. İran məsələsində hər hansı bir ölkənin sanksiyalarına əməl etmək məcburiyyəti yoxdur”.




Ana səhifəyə qayıt        Baxış: 1 025          Tarix: 24-07-2018, 18:03      

Xəbəri paylaş


Paylaş:   

Prizma