Xəbər lenti

 

ABŞ-ın Türkiyəyə qarşı elan etdiyi embarqo qərarına Ankara da cavabsız qalmadı. Prezident Rəcəb Tayib Ərdoğan bəzi Amerika mallarının gömrük vergisini 50%, bəzilərininkini isə 100% artırdı. O, bununla kifayətlənmədi, vətəndaşları da ABŞ istehsalı olan elektronika mallarından tamamilə imtina etməyə çağırdı.

Bəs, görəsən, bu qərar ABŞ-ın sanksiyalarına adekvatdırmı? Ümumiyyətlə, iki müttəfiq arasında başlayan ticarət müharibəsindən kim nə qədər təsirlənə bilər?

Ovqat.com xəbər verir ki, bu sual ətrafında araşdırma aparan BBC maraqlı nəticələr çıxarıb.

Araşdırmaya görə, Türkiyə-ABŞ arasında ticarət dövriyyəsi son 2 ildə artıb:

“ABŞ Ticarət Nazirliyinin məlumatlarında bildirilir ki, 2016-ci ildə 8 milyard 37 milyon dollar olan ABŞ-ın Türkiyədən idxalı 2017-ci ildə 9 milyard 412 milyon dollara çıxıb. ABŞ-ın Türkiyəyə ixracatı isə 2016-ci ildə 9 milyard 350 milyon dollarkən, 2017-ci ildə bu rəqəm 9 milyard 741 milyon dollara yüksəlib.

 2018-ci ilin ilk 6 ayında, ABŞ-dan Türkiyəyə 5 milyard 75 milyon dollarlıq, Türkiyədən ABŞ-a isə 5 milyard 78 milyon dollarlıq mal ixrac edilib. Sözsüz ki, illik milli gəliri 20 trilyon dollara yaxın olan ABŞ üçün bu itki böyük sayılmaz. Nə yazıq ki, illik milli gəliri 800 milyard dollar olan Türkiyə üçün eyni sözləri demək çətindir.

Prezident Ərdoğanın ABŞ-ın elektronika məhsullarına qarşı boykot çağırışına gəlincə, mütəxəssislər bunun hər hansı təsirə malik olacağını sanmırlar. Zira Türkiyə Ticarət Nazirliyinin məlumatlarına görə, ABŞ 1,5 trilyon dollar ilə Çindən sonra dünyanın ikinci ən böyük ixracatçı ölkəsidir. 2017-ci ildə ABŞ-ın ixracatında ən mühüm ölkələr isə bunlar olub: Kanada, Meksika, Çin, Yaponiya və Böyük Britaniya olub. Türkiyə isə təxminən 9,8 milyard dollar ilə ABŞ-dan ən çox məhsul ixrac etdiyi ölkələr siyahısında 28-ci yeri tutub.

 ABŞ-ın başlıca ixracatı isə sənaye və texnoloji məhsullardır. Elektronik məhsullarla yanaşı, sənaye makinası, xam neft və maye yanacaq, maşınqayırma, aviasiya məhsulları, silah və hərbi avadanlıqlar, tibbi cihazlar siyahıda üst sıralarda yer tutur. Ancaq mütəxəssislər ABŞ-ın Türkiyəyə elektron məhsul ixracının böyük paya sahib olmadığıni, bu səbəbdən boykotun super gücə ciddi təsir göstərməyəcəyini düşünürlər.

German Marşal Fondunun Ankara bürosunun direktoru Azad Ünlühisarcıklı bu barədə fikirlərini belə izhar edib:

 "ABŞ-dan Türkiyəyə ixrac edilən mallara baxsanız, bunu görərsiniz: silah, mülki aviasiya və maşın. Bunun xaricində qalanlar, doğrusu, çərəz kimidir. Əgər Türkiyə “bundan sonra ABŞ-dan təyyarə almayacağam” desə, bu ABŞ-ı çətin vəziyyətə salar. Amma bunu deyə bilməz. Boykot çağırışına da ehtiyac yoxdur. Bu qərarı Türk Hava Yolları verməlidir. Və yaxud “mən bundan sonra ABŞ silahlarından imtina edəcəyəm” desə, bu da ABŞ-ın canını yandırar. Amma praktik olaraq bunları deyə bilmirik".

ABŞ Ticarət Nazirliyinin məlumatlarına görə, 2017-ci ildə Türkiyəyə 9 milyard 741 milyon dollar dəyərindəki ixracının 1 milyard 543 min dollarlıq hissəsini mülki hava vasitələri, motorları, avadanlığı və digər hissələri təşkil edir. Hərbi yük maşını, zirehli texnika, raket, silah və sursat ixracı isə 2017-ci ildə 150 milyon 460 min dollar dəyərində olub.

 Türkiyəyə 2017-ci ildə ixrac edilən elektronik məhsulların siyahısı isə belədir:

 Telekommunikasiya avadanlığı: 182 milyon 616 min dollar,

 

 Elektrik cihazları: 157 milyon 712 min dollar,

 

 Kompüter: 62 milyon 837 min dollar,

 

 Kompüter aksessuarları: 52 milyon 998 min dollar,

 

 Cib telefonu və digər ev əşyaları: 32 milyon 416 min dollar.

 

 ABŞ Prezidenti Donald Tramp ötən həftə Türkiyədən satın alınan polad və alüminium gömrük vergisinin iki dəfə bahalaşmasına razılıq verdi. Bunun nəticəsində Türk lirəsinin yeni ildən bəri davam edən devalivasiyası sürətləndi.

 Prezident Ərdoğanın boykot qərarını Trampın gömrük vergilərini artırmasına cavab olaraq qiymətləndirən Kadir Has Universiteti müəllimi Soli Özel də polad və alüminium məhsullarına gətirilən əlavə vergilərin Türk sənayeçilərini incidəcəyini düşünür:

“Amerikan elektronika məhsullarına gətirilən məhdudiyyətlərin eyni təsirinin olacağını sanmıram"-Soli Özel belə deyib.

 Türkiyənin 2017-ci ildə dəmir polad ixracının ümumi dəyəri 9,5 milyard dollar olub. Bunun 1 milyard dolları ABŞ-a ixrac edilib.

 Türkiyənin alüminium filizləri və alüminium oksid ixracının ümumi dəyəri isə 2017de 18 milyon dollar idi. Bunun isə 3 milyon dollarlıq hissəsi ABŞ-a aparılıb.

Türk Amerikan İş Adamları Dərnəyinin (TABA AmCham) sədri Əli Osman Akat ABŞ-ın ixracında elektron məhsulların əhəmiyyətli bir yerinin olduğunu xatırladaraq, ABŞ-ın yanaşı, tədarükçülərinin də boykotdan zərər görəcəyinə inanır:

 "Dünyanın ən böyük idxalçısı olan ABŞ-ın 2017-ci ildə ilk 5 tədarükçüsü Çin, Meksika, Kanada, Yaponiya və Almaniya kimi sadalanır. Bu ölkələr böyük ölçüdə zərər görə bilər".

 

ABŞ Prezidenti Trampın keşiş Endryu Brunsonun ekstradisiyası ilə bağlı yeritdiyi güzəştsiz davranışının Nnyabr ayındakı Konqres seçkilərinə yönəlik stratejik bir həmlə olduğunu düşünən ekspertlər də var. German Marşal Fondunun nümayəndəsi Özgür Ünlühisarcıklı isə Prezident Ərdoğanın boykot çağırışının daxili ictimaiyyətinə hesablanmış "strategiya" olduğunu düşünür:

"Türkiyə əslində uzun müddətdir bir böhrana addım addım yaxınlaşırdı. Bu böhran ABŞ ilə baş verən son ziddiyyətdən əvvəl başlamışdı. Erkən (24 İyunda) seçkiyə gedilməsinin bir səbəbi də böhran gəlmədən seçkiləri keçirmək idi"”.




Ana səhifəyə qayıt        Baxış: 533          Tarix: 15-08-2018, 23:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma