Xəbər lenti
21-09-2019, 20:33
 
3 illik fasilədən sonra sentyabrın 3-də QırğızıstanRespublikasında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 6-cı sammiti keçiriləcək.
Bu toplantıdan gözləntiləriniz nədir?
Moderator.az bu sualı millət vəkili, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevə ünvanlayıb. 
Qüdrət Həsənquliyev sammitin keçirildiyi vaxta diqqət çəkərək qeyd edib ki, Türk dövlətlərinin Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasına dair bəyənatla çıxış etməsinə çalışmalıyıq:
"İlk növbədə Özbəkistan prezidentinin tədbirə qatılması çox təqdirəlayiq haldır. Bundan başqa sammit Azərbaycan üçün çox həssas bir vaxtda keçirilir. Azərbaycan torpaqlarının işğalından keçən son 25 ildə ilk dəfədir ki, torpaqlarımızı işğaldan azad edə bilməmiz üçün əlverişli beynəlxalq şərait yaranıb. Ermənistan ciddi siyasi böhran yaşayır. 
Azərbaycan çalışmalıdır ki, Türk dövlətləri Azərbaycanın ərazi bütövlüyünü tanımaq barədə yox, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasına dair bəyanatla çıxış etsinlər. 
Bundan başqa biz təşəbbüslə çıxış edə bilərik ki, şura Türk Dölətlərinin Əməkdaşlıq Şurası adlansın. İndi belə başa düşülür ki, bizim yalnız dilimiz eynidir və birləşdirici faktor məhz budur. Halbuki, türk xalqları bir-birindən ayrı düşdüyü üçün dilləri xeyli dəyişib və bəzi xalqlar bir birini başa düşmür. Eyni zamanda mədəni əlaqələrin və iqtisadi əməkdaşlığın inkişafına ciddi təkan verə biləcək qərarlar qəbul olunmalıdır. Qardaş Türkiyə Respublikasına dəstək ifadə olunmalı, tövsiyyə olunmalıdır ki, Rusiya ilə münaqişənin çözülməsi zamanı göstərdiyi müdrikliyi ABŞ-a münasibətdə də nümayiş etdirsin və müttəfiqləri ilə münasibətlərini daha yüksək səviyyəyə qaldırsın."



Ana səhifəyə qayıt        Baxış: 348          Tarix: 24-08-2018, 04:49      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent