Xəbər lenti

  

İranın ABŞ-a qarşı iddia qaldırdığı Haaqa məhkəməsi başlayıb.

Ovqat.com xarici mətbuata istinadən xəbər verir ki, məhkəmə heyəti ilk iclasda İran  tərəfinin şikayətini dinləcək.

Qeyd edək ki, İran ABŞ-ı nüvə sazişindən çəkildiyinə və ona qarşı təktərəfli embarqo tətbiq etdiyinə görə şikayətlidir. Tehran rəhbərliyi ABŞ Prezidenti Donald Trampın bu addımının 1955-ci ildə iki ölkə arasında imzalanan İran - ABŞ dostluq müqaviləsinə zidd olduğunu bildirir, məhkəmə başa çatana qədər sanksiyaların təxirə salınmasını tələb edir.

 ABŞ tərəfi isə həmin müqavilənin artıq etibarlılığını itirdiyinə və sanksiyaların hər hansı bir müqaviləni pozmadığına inanır.

 Xatırladaq ki, ABŞ Prezidenti Tramp 8 Mayda nüvə müqavilədən çəkildiklərini bəyan edərək, İrana qarşı sanksiyalara start vermişdi. İran da məhz buna görə ABŞ-ı Beynəlxalq Ədalət Məhkəməsinə şikayət etmişdi.

Hollandiyanın Haaqa şəhərində yerləşən Beynəlxalq Ədalət Məhkəməsi Birləşmiş Millətlər Təşkilatının (BMT) məhkəmə orqanı kimi fəaliyyət göstərir və onun mühakiməsini yürütdüyü məsələlər arasında beynəlxalq müqavilələrdən doğan hüquq və vəzifələr də var.




Ana səhifəyə qayıt        Baxış: 651          Tarix: 27-08-2018, 18:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma