Xəbər lenti

  

"İsgəndərun Suriyanın bayraq sancılan yeridir və onu bir gün zorla da olsa, alacağıq".

Ovqat.com xəbər verir ki, Türkiyədən faktiki torpaq tələb edən bu açıqlamanı Suriyanın Xarici İşlər naziri Vəlid Müəllim verib.

“Əlcəzirə” telekanalının bildirdiyinə görə, nazir Lazkiyə vilayətinin əl-Səmra mahalında qaldığı evin eyvanına çıxaraq şəhadət barmağını Türkiyənin Hatay bölgəsinə uzadıb və bu sözləri deyib.

 Müəllimin bu təhdidkar mesajı “Əlcəzirə”nin Suriyadakı müxbiri Səad Abidin tərəfindən qeyd alınıb və sosial mediada paylaşılıb. 7 ildir vətəndaş müharibəsini bitirə bilməyən ölkənin ən ciddi nazirliyinin başçısının bu sözləri sosial mediada ciddi müzakirələrə səbəb olub.




Ana səhifəyə qayıt        Baxış: 680          Tarix: 27-08-2018, 21:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma