Xəbər lenti

 

Ötən gün Türkiyə, Rusiya, İran prezidentlərinin Tehranda keçirilən sammitindən sonra ABŞ prezidenti Donald Tramp müddətsiz olaraq Suriyada qalmağa razı salınıb.

Ovqat.com xəbər verir ki, bu iddia ABŞ mətbuatında irəli sürülüb.

“Vaşinqton Post” qəzeti Amerika Dövlət Departamenti rəsmilərinə istinadən xəbər verir ki, ABŞ-ın Suriyadakı yeni hədəfi İranın bölgədəki hərbi varlığına son qoymaqdır. Məlumata görə, Trampın razılığı ilə ABŞ əsgərləri İran ordu birləşmələri Suriyadan çıxarılana qədər bölgədə qalacaqlar.

Qeyd edək ki, ABŞ prezidenti çıxışlarında dəfələrlə Suriyadakı hərbi qüvvələrini çıxaracağını elan etmişdi. Yeni hərbi strategiya isə Suriya və Yaxın Şərqdə İran-ABŞ rəqabətinin hələ uzun müddət davam edəcəyi və getdikcə gərginləşəcəyi anlamına gəlir.

İrana qarşı yeni sanksiyaların tətbiq olunduğu indiki mərhələdə ABŞ-ın Yaxın Şərq strategiyasını dəyişməsi əslində başa düşüləndir. Öz məşhur “şiə hilalı” strategiyası ilə Yaxın Şərqdə möhkəmlənən İran ərəb ölkələri ilə yanaşı, ABŞ-ın regiondakı strateji müttəfiqi İsrailin də maraqlarını təhdid edir. Faktiki olaraq İraq, Suriya, Livana nəzarət etməklə İran hərbi qüvvələrini İsrailin sərhədlərinə qədər yaxınlaşdırıb. Bu isə gözlənilən hərbi qarşıdurmada böyük avantaj deməkdir. Nədən ki, indiki mövqeyi ilə İran İsrailə burnunun ucu qədər yaxın, İsrail isə İrandan 1000 km-lərlə uzaq məsafədədir. Sözügedən hərbi-coğrafi üstünlüyü ortadan qaldırmaq üçün İranın “öz qınına çəkilməsi” tələb olunur.




Ana səhifəyə qayıt        Baxış: 238          Tarix: 8-09-2018, 11:55      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent