Xəbər lenti

  

İran Şimali İraqın Ərbil şəhərini ağır bomardıman edib.

Ovqat.com xəbər verir ki, məlumatı kürd rəsmiləri də təsdiqləyib.

Məlumata görə, şəhərdəki Kürdüstan Demokrat Partiyasının və onun  İran qanadının qərargahları top atəşinə məruz qalıb. Nəticədə xeyli insan ölüb və yaralanıb.

Ölənlərin sayı barədə heç bir məlumat verilməsə də, yaralıların onlarla olduğu açıqlanb. Şimali İraq Səhiyyə İdarəsinin sözçüsü Havkar Əlinin dediyinə görə, 10-u ağır olmaqla 30 yaralı hazırda xəstəxanalarda müalicə alır. Bundan başqa 5 nəfər də həyatını itirib.

Bildirilir ki, hücum Kürdüstan Demokrat Partiyası-İran rəhbərliyinin toplantısı zamanı baş verib. Ölənlər arasında təşkilatın hərbi komandanları da var.

Kürdüstan Demokrat Partiyası-İran Tehran tərəfindən terror təşkilatı kimi qəbul edilir.




Ana səhifəyə qayıt        Baxış: 630          Tarix: 8-09-2018, 17:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma