Xəbər lenti

  

Rusiyanın Suriyadakı təyyarələrindən biri vurulub.

İçərisində 14 əsgərin də olduğu İl-20 model təyyarənin Suriya tərəfindən vurulduğu bildirilir.

Ovqat.com xəbər verir ki, məlumatı Rusiya Müdafiə Nazirliyi də təsdiqləyir.

Məlumata görə, döyüş bölgəsindən Xmeymim hava bazasına qayıdan təyyarə Aralıq dənizi üzərində radardan itib. Sonradan məlum olub ki, İsrailə aid 4 ədəd F-16 tərəfindən Suriya havadan müdafiə sistemlərinin vuruş dairəsinə sıxışdırılan rus təyyarəsi avtomatik atəşə məruz qalıb. Təyyarədən qurtulan olmayıb.

Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov hadisə ilə bağlı açıqlama verərək bildirib:

"İl-20 təyyarəmiz Suriyaya aid S-200 sistemi tərəfindən vuruldu".

Konaşenkov təyyarənin israilli pilotların məsuliyyətsizliyi ucbatından düşdüyünü də gizlətməyib və bunu düşməncəsinə təxribat adlandırıb:

"İsrail tərəfindən edilən bu təxribatı düşmənçilik kimi qiymətləndiririk. İsrail əsgərlərinin məsuliyyətsiz davranışı üzündən 15 rus əsgəri öldü. Bu qətiyyən Rusiya-İsrail münasibətlərinin ruhuna uyğun deyil”.

Rusiya Müdafiə Nazirliyinin yaydığı yazılı bəyanatda rus təyyarəsindən qalxan kimi istifadə olunduğu bildirilib.

Qeyd edək ki, Rusiyanın Suriyada 30 hərbi təyyarəsi hərbi xidmətdədir.

Təxribat gerçəkləşdirilən zaman Fransa gəmilərindən Xmeymim atəşə tutulurmuş. İsrail təyyarələri də həmin bölgəni bombalayırmışlar.




Ana səhifəyə qayıt        Baxış: 1 075          Tarix: 18-09-2018, 12:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma