Xəbər lenti

 

Saatlı rayon polis idarəsində rayon sakini Həsənov Nazir Akif oğlunu vəhşicəsinə döyülüb. Onu tədqiqat şöbəsinin rəisi Arikov Seymurun döydüyü bildirilir.

Ovqat.com-a bu barədə məlumatı zərərçəkənin yaxınları veriblər.

Bildirildiyinə görə, Həsənov Nazir Akif oğlu dərzidir. Saatlı rayonunun kənarında onun dərzi sexi yerləşir. Nazir bəyin gündəlik çörək pulunu zorla çıxardığı sexin yanında isə böyük super market var. Həmin super marketdən dünən gecə külli miqdarda pul oğurlanıb. Səhər açılanda polislər şübhəli şəxs kimi Həsənov Naziri də şöbəyə dəvət aparıblar. Oğurluğu zorla onun boynuna qoymağa çalışıblar.

Özünün etirafına görə, polis şöbəsində zərərçəkəni ağır küçə söyüşlərilə təhqir ediblər.

Zərərçəkmişin Sabirabad rayon xəstəxanasında çəkilmiş videosunu təqdim edirik:




Ana səhifəyə qayıt        Baxış: 1 831          Tarix: 18-09-2018, 22:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma