Xəbər lenti

  

Azərbaycan gənclərinin ən böyük problemlərindən biri təhsil almaq hüquqlarından yetərincə yararlana bilməmələridir. Ali məktəblərin keyfiyyətli təhsil verməməsi azmış kimi, ödənişlərin xeyli baha olması bir çox tələbəni öz təhsilini dayandırmağa vadar edir. Məlumata görə, ölkəmizdə minlərlə tələbə imkansızlıqdan ali məktəbi tərk etmək məcburiyyətində qalıb. Onlar arasında sonuncu kursda oxuyanlar da az deyil.

“Soyub, soyub, quyruğunda murdarlayanlardan” biri də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Unverisetetinin musiqi sənəti fakultəsinin 4-cü kurs tələbəsi Orucov Fərhad Sahib oğlu ola bilər. Hər halda onun Ovqat.com-a göndərdiyi məktub belə deməyə əsas verir.

Ucar  rayonu Bərgüşad kənd sakini Orucov Fərhad Sahib oğlu yazdığına görə, ailəsi imkansız olduğundan oxuduğu ali məktəbin təhsil haqqını ödəyə bilmir. İllik təhsil haqqı 1800 manatdır. Üstəlik, Bakıda yaşamaq üçün kirayə ev də tutmalıdır. Qarşılaşdığı problemləri həll edə bilməyən Fərhad ümidini Azərbaycanın I vitse-prezidenti Mehriban xanım Əliyevaya bağlayıb arzularını reallaşdırmağı düşünür.

Fərhad Orucov həm də gözəl səsə malik olan müğənnidir. Bəzi istedadsız tələbə yoldaşları təhsil alıb musiqişünas olacaqları halda, Allah ona anadangəlmə bu qabiliyyəti verib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Unversitetində təhsil almaq istəməsi isə bu qabiliyyətini daha da cilalamaq niyyətindən doğub. Gənc tələbənin redaksiyamızın e-mail adresinə göndərdiyi bir video da onun iddialarını təsdiqləyir.

Söhbəti çox uzatmadan şikayətçinin ifasını və Mehriban xanıma yazdığı məktubu təqdim edirik:

  

 

 

 

 Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Unverisetetinin Musiqi sənəti fakultəsinin tələbəsi Orucov Fərhad Sahib oğlu tərəfindən

                                                                                                                                                                           MÜRACİƏT

 

Mən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Unversitetinin musiqi sənəti fakultəsinin 4-cü kurs tələbəsiyəm. Təhsilimə məsuliyyət və diqqətlə yanaşıram. Allahın bəxş etdiyi səsim mənə imkan verir ki, xalq mahnılarını ifa edim. Müəllimlərim görkəmli incəsənət ustalarıdır, Azərbaycan Respublikasının əməkdar və xalq artistləridir. Xalq mahnılarını ifa edirəm. İfa etdiyim xalq mahnını bu müraciətimə əlavə edirəm. İnanıram ki, ifa etdiyim mahnıya qulaq asıb dəyər verəcəksiniz.

Ailəmiz külfətdən ibarətdir. Təhsil haqqım bir il üçün 1800 manat təşkil edir. Həmçinin, təhsilimlə əlaqədar Bakı şəhərində kirayə evdə qalmağım maddi çəhətdən ailəmizə korluq verir. Hazırda isə bu ilin təhsil haqqını ödəməyə maddi imkanımız yoxdur. Çox çətinlik çəkirik, çıxılmaz bir vəziyyətdə qalmışam. Ancaq buna baxmayaraq, ümüdliyəm; ona görə ki, Azərbaycan Respublikasında incəsənətə xüsusi diqqət, incəsənt adamlarına dəyər verən Mehriban Əliyeva kimi gözəl insan var. Mehriban xanımın köməkliyi, dəstəyi və diqqəti sayəsində bu gün Azərbaycan Respublikasının mədəniyyəti inkişaf edir, incəsənət işçilərinə xüsusi qayğı göstərilir, dəyər verilir, problemləri həll edilir.

Öz sənətimin vurğunuyam, istəyim odur ki, hörmətli Mehriban xanımın köməkliyi ilə təhsilimi başa vurub xalqıma, dövlətimə səsimlə, Istedadımla xidmət edim.

Hörmətli Mehriban xanım!

Ümidim ancaq Sizədir. Sizdən çox-çox xahiş edirəm təhsil haqqının ödənilməsi üçün mənə yaxından köməklik edəsiniz. Allahdan Sizə uzun ömür, möhkəm can sağlığı və işlərinizdə daima uğurlar arzulayıram. İfa etdiyim xalq mahnısını sizə təqdin edirəm, xahiş edirəm, dinləyib qiymət verəsiniz.




Ana səhifəyə qayıt        Baxış: 1 085          Tarix: 24-09-2018, 08:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma