Xəbər lenti

 

 

Bu gün BMT Baş Assambleyasının 73-cü sessiyasında ABŞ prezidenti Donald Tramp danışıb.

Ovqat.com xəbər verir ki, Tramp öz nitqində ABŞ-ın İran, demokratiya, miqrasiya, Yaxın Şərq və s. məsələlərlə bağlı siyasətinə aydınlıq gətirib.

Bu çıxışı oxucularımıza təqdim edirik:

 

"Mənim rəhbərliyim dövründə ABŞ tarixində ən böyük inkişaf qeydə alınıb (Zaldan etirazlar ucalır). Bu reaksiyanızı gözləmirdim. ABŞ-ın iqtisadiyyatı inkişaf edir. Təhlükəsizlik tədbirlərimizi getdikcə artırdıq. Hərbi qüdrətimizi ən güclü hala gətirdik. ABŞ indi daha güclü, daha təhlükəsiz, daha zəngin bir ölkədir; iki il öncə mən vəzifəyə başlamazdan əvvəllə müqayisədə. Biz bunları yalnız ABŞ xalqı üçün deyil, dünya üçün edirik. Millətlərin qonşularının hüquqlarını qoruduğu şəraitlərdə təhlükəsizlik, sülh və azadlıq yüksəlişdə olur.

 Ötən il Səudiyyə Ərəbistana etdiyim səfərdən sonra Körfəz ölkələri bizimlə çalışaraq, terrorizmlə daha ciddi şəkildə mübarizə aparır, Yəməndəki dəhşətli daxili müharibəyə son qoyulması üçün əllərindən gələni edirlər. Yekun qərarı bu bölgələrdəki ölkələr verəcək. Bu bölgələrdə İordaniya və Misirlə regional ittifaqlar yaratmışıq. ABŞ-ın hərbi qüvvələri və buradakı bir çox millətin əməkdaşlığı sayəsində bu ana qədər qana susamış DEAŞ bitmək üzrədir. Radikal İslami terrorizmin dəstək tapmasını mane olacağıq.

Suriyadakı qarşıdurmalar bizi çox narahat edir. Konfliktlərin bitirilməsi lazımdır. Əsəd rejimi tərəfindən bir də kimyəvi silahdan istifadə edilsə, ABŞ hərəkətə keçəcək. İordaniyada gördüyümüz kimi, ən mərhəmətli siyasət, qaçqınları evlərinə ən yaxın yerə yerləşdirməkdir.

 

 İrandakı diktatura məsələsi müzakirə olunmalıdır. Bu ölkə öz qonşularına hörmət etmir. İran rəsmiləri milli sərvətləri talayır. İranın xəzinəsindən oğurlanmış milyonlarla dollar var. Dindən istifadə edərək insanları müharibəyə təşviq etmək yaxşı şey deyil. Bu ölkə genişlənmə siyasəti aparır. Məhz buna görə Yaxın Şərqdəki ölkələr qərarımızı dəstəklədi və mən də nüvə müqaviləsindən çəkildim. Bu müqavilə 2015-ci ildə bağlanmışdı. Bu müqavilədən sonra İranın hərbi büdcəsi 40%-dən çox artdı. Suriya və Yəməndə xaos yarandı. ABŞ buna görə də iqtisadi bir sanksiyalara başlad və həmin ölkənin qanlı hədəflərinin qarşısını almağı planlaşdırır. Ötən ay sanksiyalar qüvvəyə mindi və qarşıdakı tarixlərdə daha çox sanksiyalar da qüvvəyə minəcək. Biz ölkələrin terroru maliyyələşdirməsinə icazə verə bilmərik. Dünyadakı heç bir şəhərdə nüvə raket başlığı olmamalıdır. Biz bütün ölkələrdən İranı təcrid etməsini gözləyirik.

 ABŞ eyni zamanda Latın Amerikada nəzarətsiz miqrasiyanın qarşısını almağa çalışır. Qaçaqmalçılıq çox dəhşətlidir. Çox amansızdırlar bunlar. Cinayətkar şəbəkələri, mərhəmətsiz dəstələr, narkotiklərinin artımı kövrək cəmiyyətlərə təsir göstərməkdə, əməksevər xalqları məhv etməkdədir.

BÜTÜN ÖLKƏLƏR SOSİALİZMƏ QARŞI ÇIXMALIDIR"

 

 ABŞ miqrasiya sahəsindəki yeni qlobal müqaviləyə qoşulmayacaq. Miqrasiya böhranı məsələsində yekun nəticə xalqlara öz ölkələrində parlaq gələcək inşa edərək keçirilə bilər. Hazırda bir insani böhranla üzləşirik Venesuelada. 2 milyondan çox insan Maduro rejimindən və onun Kubadakı sponsorlarından qaçır. Sosializm neft zəngini ölkələri gücdən salmışdır. Bütün ölkələr sosializmə qarşı çıxmalıdır. Buna görə də BMT üzvləri olaraq Venesuelada demokratiyanın yenidən təsis edilməsini istəyirik. Bu gün Venesuelanın əzici rejiminə qarşı yeni sanksiyalar tətbiq etdiyimizi açıqlamaqdan qürur duyuram.

 BMT bütün dünyada ən çox xarici yardım edən qurumdur. Bu yardımlar ölkələrin fondlarıyla həyata keçirilir. Biz ABŞ-ın verdiyi fondları yaxından öyrənəcəyik. Bundan sonra yalnız dostlarımıza xarici yardım göstərəcəyik. Biz digər ölkələrdən də öz müdafiə xərclərini hesablamalarını istəyirəm. BMT-nin sərhədsiz potensialı var".




Ana səhifəyə qayıt        Baxış: 598          Tarix: 25-09-2018, 20:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma