Xəbər lenti

 

Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri vəzifəsinə yeni şəxs təyin edilib.

"Report" Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu vəzifəyə Leyla Yaşar qızı Abdullayeva təyin olunub.

L.Abdullayeva 2002-ci ildən Xarici İşlər Naziriyində çalışır. O, XİN-in mərkəzi aparatında müxtəlif idarələrdə, Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyində və ölkəmizin Belçika Krallığındakı Səfirliyi və Avropa İttifaqı yanında Nümayəndəliyində diplomatik vəzifələr daşıyıb.

Ovqat.com-un məlumatına görə, Leyla Abdullayeva ciddi diplomatik savadı və təcrübəsi olan kadrdır. Onun yeni vəzifəyə gətirilməsi səbəbsiz deyil. Azərbaycanın Mariya Zaxarovası xüsusilə Ermənistanla diplomatik savaşda yumşaq gücümüzü təmsil edəcək. Azərbaycan siyasi iradəsi Xarici İşlər naziri Elmar Məmmədyarovun zəifliyini Leyla xanımın qabiliyyəti ilə kompensasiya etməyə çalışacaq. Bəs, xanım diplomat bunu bacaracaqmı? – bunu əlahəzrət Zaman göstərəcək.

Qeyd edək ki, Leyla Abdullayeva bundan əvvəl Xarici İşlər Nazirliyi nəzdində Beynəlxalq İnkişafa Yardım Agentliyində (AIDA) direktor müavini və direktor işləyib.




Ana səhifəyə qayıt        Baxış: 934          Tarix: 5-10-2018, 00:43      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent