Xəbər lenti
 
Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğlu, iş adamı Etimad İsmayılovun  Türkiyənin İstanbul şəhərindəki ofisində qətlə yetirilməsindən 20 günə yaxın vaxt keçir.
Modern.az İlyas İsmayılovla əlaqə saxlayaraq, istintaq işinin gedişi ilə maraqlanıb. O, açıqlamasında deyib ki, YouTube sosial şəbəkəsini məhkəməyə verməyi düşünürlər:

"Vəkillə danışdım. YouTube kanalında həqiqəti əks etdirməyən yazılar gedir. Hamısı yalandır. Yəqin ki, YouTube kanalını məhkəməyə verəcəklər. Bilirsiz, işin içində deyiləm. İş Türkiyədə gedir. Məsələnin məzmunundan da xəbərim yoxdu. Etimadın qatilə heç bir borcu olmayıb. Onun Etimada borcu olub. Əksinə, Etimad həmişə ondan borcunun qaytarılmasını tələb edib. Belə bir atalar sözü var: "Borclu borclunun sağlığını istəyər”. Yaxşı, o zaman borclunu niyə öldürürlər ki?!”.
 
İlyas İsmayılov bəzi insanların Etimad İsmayılovun faciəsindən istifadə etməsini qınayıb:
"Təəssüf ki, murdar insanlar yalan informasiyalar yayırlar. Bəzi insanlar o dərəcədə xəbisdirlər ki, bu faciədən də öz məqsədləri üçün istifadə edirlər. Allah onların başına gətirsin!”.



Ana səhifəyə qayıt        Baxış: 194          Tarix: 9-10-2018, 15:17      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent