Xəbər lenti

  

Qurban Məmmədovun Azerifreedom kanalı bağlanıb.

Bu barədə məlumatı Ovqat.com-a Qurban Məmmədovun özü verib.

Onun bildirdiyinə görə, internet tv kanalı jurnalist Sevinc Osmanqızının şikayəti əsasında bağlanıb.

Hüquqşünas-siyasətçi hadisə ilə bağlı dinləyicilərinə müraciət də ünvanlayıb. Müraciətdə deyilir:

“Əziz həmvətənlər!

Sevinc Osmanqızının şikayəti əsasında Azerifreedom kanalının canlı yayımı durdurulub. S.Osmanqızına aşağıdakı məzmunda məktub yazdım.

Sizlərdən xahiş edirəm: bu statusumu paylaşın. Qoyun xalq demokratiyadan, söz-mətbuat azadlığından dəm vuranların kimliyini görsün. Mənim haqqımda qarayaxma kompaniyasında iştirak edən S.Osmanqızının bu hərəkətinə sizlərdən münasibət gözləyirəm. Azerifreedom kanalını yalnız siz xilas edə bilərsiniz. İstəyirsinizsə...

 

“Mən sizi şikayət etmədim, halbuki, edə bilərdim və hələ də edə bilərəm, məndən izinsiz şəklimi və səs yazımı, həm də natamam versiyada efirinizdə səsləndirmisiniz! Mən də sizin bu hərəkətinizə uyğun cavab vermişəm və mənim şəxsimə yönəlmiş bu , jurnalistika əxlaqına uymayan davranışığınıza cavab vermişəm!

Kanala etdiyiniz şikayəti geri götürməniz üçün sizə 3 saat vaxt verirəm, əgər bu gün canlı yayımı bərpa etməsələr və mən canlı yayımda olmasam, özünüzdən küsün!”




Ana səhifəyə qayıt        Baxış: 1 008          Tarix: 10-10-2018, 19:58      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent