Xəbər lenti

 

İşğalçı Ermənistan Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan rayonlarının qanunsuz məskunlaşdırılmasına xüsusi diqqət yetirir. 

Bu, Xankəndindəki separatçı rejimə mənsub nəşrlərin yaydığı məlumatdan bəlli olur.  Oktyabrın 15-də Livanda fəaliyyət göstərən “ARİ”(“Artsax Ruts İnvestment”) investisiya təşkilatının nümayəndələri  qondarma separatçı rejimin “dövlət naziri” hesab edilən  Qriqori Martirosyan adlı məxluqla görüşərək ona planlarından bəhs ediblər.

Əsasən xaricdən gəlmiş erməni iş adamları Laçının Zabux kəndi ərazisində salınan “Aqavno”  qəsəbəsində yeni evlərin tikintisini  davam etdirəcək. Artıq 2014-cü ildən bəri orada 50 ev tikilib və bir neçə aya daha 20 evin tikintisi haqda danışıqlar gedir. Bundan başqa,  separatçı məmurlara Kəlbəcər rayon mərkəzi yaxınlığında 50 evin tikintisi barədə də sənədlər təqdim edilib. Yeni şəhərcik avstraliyalı ermənilərin dəstəyi ilə tikiləcəyindən adının “Sidney” qoyulması təklif edilib. 

Görüşdə son illər “Şaumyan”(Kəlbəcər və Ağdərə rayonunun bir hissəsi) və “Kaşataq” (Laçın, Qubadlı, Zəngilan və Cəbrayılın bir hissəsi) “rayon”larında demoqrafik inkişafın baş verdiyi vurğulanıb. \\Moderator.az




Ana səhifəyə qayıt        Baxış: 688          Tarix: 16-10-2018, 23:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma