Xəbər lenti

 

ABŞ prezidenti Donald Trampın Rusiya ilə bağlanan Nüvə silahları məhdudlaşdırılması ilə bağlı müqavilədən  ger çəkilmə qərarı Moskvada nigaranlıqla qarşılanıb.

Ovqat.com-un bildirdiyinə görə, Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Serqey Rybakov ABŞ-ın müqavilədən birtərəfli geri çəkilməsini “olduqca təhlükəli addım” adlandırıb və Moskvanın buna adekvat cavab verəcəyini açıqlayıb.

Qeyd edək ki, Donald Tramp şənbə günü Nevada ştatında jurnalistlərə  verdiyi açıqlamasın Rusiyanın müqaviləyə əməl etmədiyini, buna görə də ABŞ-ın razılaşmadan çəkiləcəyini bildirmişdi.

İki dövlət arasında soyuq müharibə rüzgarları əsdirən müqavilə 1987-ci ildə ABŞ prezidenti Ronald Reyqanla SSRİ lideri Mixail Qorbaçov arasında bağlanmışdı. Sənəddə ortamənzilli nüvə silahlarının istehsalı və istifadəsi qadağan olunur.

 Kreml sözçüsü Rybakov Rusiya Prezidenti Vladimir Putinin bu həftə Trumpın milli təhlükəsizlik müşaviri Con Bolton ilə Moskvada görüşəcəyinu və görüşdə ABŞ-ın müqavilədən çəkilmə planı haqqında müfəssəl məlumat alacağını da gizlətməyib.




Ana səhifəyə qayıt        Baxış: 625          Tarix: 22-10-2018, 13:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma