Xəbər lenti
Dünən, 20:40

 

Dünən tanınmış hüquqşünas Aslan İsmayılovun evinə polis əməkdaşları gedib. Məqsəd onu zorla məhkəməyə gətirmək olub. Aslan İsmayılov evdə olmadığından bu niyyət baş tutmayıb. Axşam evə gəlincə, xəbəri eşidən sabiq vəkil qəzəblənərək facebookda canlı yayımla xalqa müraciət edib. Müraciətində bir çox dövlət məmurlarına önəmli mesaj göndərən hüquqşünas xüsusilə PA-nın iki məsul şəxsini – Əli Həsənovu və Fuad Ələsgərovu hədəf seçib. Onun çıxışından belə anlaşılıb ki, Əli Həsənovla rəqabəti səbəbindən Fuad Ələsgərovun müdafiəsini gözləyirmiş. Bu gözlənti özünü doğrultmayınca Fuad Ələsgərovu da digər məmurların gözünə qatan hüquqşünas bir sirrin də üstünü açıb. Bildirdiyinə görə, Fuad Ələsgərov indi himayəsinə aldığı Eynulla Fətullayev həbsdə olanda onun barəsində tənqidi məqalə yazmağı hüquqşünasdan xahiş edibmiş. Aslan İsmayılov isə bu xahişi geri çevirib.

Aslan İsmayılovun həmin video-müraciətini Ovqat.com oxucularına təqdim edirik:

https://www.facebook.com/Aslan.Z.Ismayilov/videos/1855369304511896/

Hüquqşünasın bu çıxışına cavab özünü çox gözlətməyib. Ona cavab isə iş adamı Mürvət Həsənlidən gəlib. Bu gün Musavat.com-a açıqlama verən iş adamı deyib:

 

“Aslan İsmayılov bu zamana qədər uğurla davam etdirdiyi şantaj metodlarının artıq nəticə vermədiyini anlayır və son kozırlarını oynayır”.
“Yeni Müsavat” qəzetinə açıqlamasında opponentinin bütün cəbhələrə birdən atəş açdığını bildirən həmsöhbətimiz qeyd edib ki, Sorosun uğursuz tələbəsi olan bu adam əvvəl yalnız onu hədəfə götürür və erməni iş adamlarını haqsız yerə müdafiə edirdi: “O, öz müdafiəsində etik normaları belə aşır, bir çox hallarda ünvanıma təhqirlər yağdırırdı. Bəlkə də bir çoxları Aslan İsmayılovun bu hücumlarının hansısa haqlı tərəfini olduğunu düşünürdü. 

Dünənki çıxışında isə o, öz iyrənc sifətini ortaya qoydu. Azərbaycan məhkəmələrinin çıxardığı qərarlarla razılaşmayan və yaşadığı ünvana polislərin getdiyindən qəzəblənən hüquqşünas qanunları və etik normaları ayaq altına ataraq, dövlət orqanlarında fəaliyyət göstərən bütün məmurları hədəfə çevirdi. Sanki hüququn aliliyini tanımayan bu adam məhkəmədə uduzmağının qisasını bütünlüklə Azərbaycan dövlətindən alırdı. Hakimiyyətin, demək olar ki, bütün qollarına qarşı eyni anda hücuma keçən Aslan İsmayılov bununla kifayətlənmir, öz avantürist mövqeyini dəstəkləməyən xalqımızı da qamçılayırdı. Açıq şəkildə “mən artıq bu xalqdan heç nə gözləmirəm, başına gələn müsibətlərə layiqdir” deyən və utanmadan özünü “ziyalı” adlandıran bu adam həmin mövqeyi ilə şəxsi mənfəətini bütün ali dəyərlərdən üstün tutduğunu nümayiş etdirirdi”.

Öz avantürist siyasətinə dəstək verməyən şəhid ailələrini, döyüşlərdə yaralanan, bədən üzvlərini itirən qəhrəman oğullarımızı, canıyla əlləşən xərçəng xəstələrini belə qınaq obyektinə çevirən hüquqşünasın xudpəsəndliyinə heyrətləndiyini deyən iş adamının fikrincə, bu ikrah doğuran mövqe Aslan İsmayılovun ilk belə addımı deyil:“Yadınızdadırsa, bir müddət əvvəl Qarabağla bağlı mitinq ərəfəsində eyni mövqedən çıxış edən Aslan İsmayılov bundan sonra qaçqınlara da hüquqi yardım göstərməyəcəyini bildirmişdi. Onun bu fikirlərini dinlədikcə yadıma eşitdiyim bir əhvalat düşürdü. Rəvayətə görə, bir gün əldən-ayaqdan düşmüş qoca bir kişi ayaqyoluna gedir. İşini bitirdikdən sonra aftafasında suyun olmadığını görən ağsaqqal həyat yoldaşını çağırır. Həyat yoldaşı cavab verməyincə bağıra-bağıra qalır. Hər çağırışından sonra arvadının sülaləsini ən ağır küçə söyüşləriylə söyür. Saatlarla tualetdə bağıran kişinin səsini eşidən qonşular vəziyyət barədə qulağı yaxşı eşitməyən qarı nənəyə məlumat verirlər. Qarı nənə ayaqyoluna yaxınlaşarkən kişi yenə öz söyüşlərinə davam edirmiş. Axırda bu qədər söyüşə tab gətirməyən qarı ağsaqqaldan soruşur:

-Ay Mamed kişi, axı, nəylə?

İndi qarı nənənin sözü olmasın, ay Aslan İsmayılov, sən qaçqına, veterana, xəstəyə hüquqi xidmət göstərməyəcəyini deyirsən. Axı, sən necə hüquqi xidmət göstərə bilərsən ki, heç vəkil də, nümayəndə də deyilsən?”

Aslan İsmayılovun öz müvəkkillərinə və xalqa qoyduğu bu minnətin nə hüquqda, nə mənəviyyatda yeri olmadığını deyən iş adamı fikirlərini belə əsaslandırdı:

“Əvvəla, Aslan İsmayılovu yaxından tanıyanlar bilir ki, o, haqqını almadan heç atasına da hüquqi yardım göstərməz. Əgər göstərdiyi xidmətin müqabilini alıbsansa, hansı üzlə insanları özünə borclu sayırsan? İnsanları siyasi və mənəvi basqı altına saxlamaq, “öz mövqeyindən asılı olmayaraq, mütləq, mənə dəstək verməlisən” demək, səni müdafiə etməyənlərin ünvanına təhqirlər yağdırmaq ədalətli və qanunidir? Özgə vaxt kimlərisə qeyri-demokratiklikdə ittiham edənlərin indi “ya mənimlə, ya mənə qarşı ol” məntiqilə məsələlərə yanaşması əsl diktatorluq əxlaqı deyilmi?

İkincisi, hüquqi yardıma möhtac birisinə əlindən gələni əsirgəməmək hər bir vəkilin peşə borcudur. Təsadüfi deyil ki, öz hüququnu müdafiə etməyə maddi imkanı çatmayan müttəhimlər dövlət tərəfindən vəkillə təmin olunurlar. Heç bir vəkil də bu borcundan imtina etməyə haqqı çatmır. Aslan İsmayılovun sözlərindən isə belə çıxır ki, peşə borcunu yerinə yetirərkən müvəkkillərini özünün qoyun sürüsü hesab edir. O, çomağını hansı tərəfə tutursa, qoyunları da o tərəfə getməlidir. Müvəkkilinə, xalqına, dövlətinə bu qədər xor baxan bir anlayışı ağlı başında olan kimsə dəstəkləyərmi?”




Ana səhifəyə qayıt        Baxış: 606          Tarix: 23-10-2018, 10:13      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent