Xəbər lenti
Dünən, 20:40

 

Qonşu xalqlardan oğurladığı musiqi, mədəniyyət, mətbəx, geyim.. və daha bir çox dəyərlər hesabına var olmağa çalışan ermənilər bu “tarixi missiyalarını”, “mövcudluq prinsiplərini” uzun əsrlər boyu davam  etdiriblər.. Həm də “böyük əzm” və “sədaqətlə” .. Bu böyük “missiya” öz tərkibində cinayət , xəyanət, terror, saxtakarlıq, yaltaqlıq kimi “ali dəyərləri” ehtiva edir.

Uydurduqları yalanlara özləri inanmasa da dünyanı ciddi-cəhdlə inandırmağa çalışırlar. Bunun üçünsə özünəxas üslubları var – tarixi saxtalaşdırmaq..

Bu yaxınlarda yenə də ermənilər belə bir cəhd edib. Belə ki, Rusiyanın https://vstrokax.net saytında Vigen Avetisyan adlı müəllifin “Баку — август 1905 — второй погром армян — черносотенцы на стороне турок” adlı məqaləsi dərc edilib. Həmin yazıya cavab olaraq Rusiya Federasiyasının 123ru.net, narodedin.com, vc.ru, spark.ru saytlarında siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev və araşdırmacı jurnalist Həsən Həsənov tərəfindən qələmə alınmış “Ответ Вигену Аветисияну. Перестаньте писать ложную историю армян!” sərlövhəli məqalə dərc edilmişdir.

Naxcivanxeberler.com həmin yazını təqdim edir:

Rusiyanın https://vstrokax.net saytında Vigen Avetisyan adlı müəllifin “Баку — август 1905 — второй погром армян — черносотенцы на стороне турок” adlı məqaləsi dərc edilib. Nə qədər təəccüblü olsa da, tarixdən məlumatı olmayan belə bir insan özünün “araşdırmasını” insanlara sırımağa cəhd edir. Yazıda ermənilərin az əvvəl yuxarıda da qeyd etdiyimiz “tarixi missiyalarına” xidmət diqqət çəkir.. Belə ki, müəllif iddia edir ki, guya Bakı və Naxçıvanda 1905-ci ildə erməni “qırğınları” olub. Düzdür, tarixi az-çox bilən və erməni xislətinə bələd olan insanlar bu yazının nə qədər absurd olduğunu dərk edir. Ancaq bəzi məqamlara aydınlıq gətirmək məqsədilə tarixi yenidən xatırlamaqda fayda var..

İlk olaraq qarşımıza belə bir sual çıxır : İyirminci əsrin əvvəllərində baş vermiş qırğınları kim törədib? Bakı, İrəvan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər yerlərdə kütləvi qırğınlara başlayan, 50 min nəfərdən artıq insanı vəhşiliklə qətlə yetirən kim idi ?  – Tarixə nəzər salaq..

20-26 Fevral 1905-ci ildə erməni terror təşkilatları tərəfindən Bakı, İrəvan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər yerlərdə azərbaycanlılara qarşı kütləvi qırğınlar törədildi. On minlərlə insan öldürüldü.. Öldürülənlər isə yalnız türklər deyildi. Azərbaycanda sülh şəraitində yaşayan azsaylı xalqlar – talış, tat, ləzgi, yəhudi və kürdlər də erməni terrorunun qurbanı oldular. Bunu təsdiq edən ciddi sənədlər də var. Məsələn 1890- cı ildə yaradılan “Hnçaq” partiyasının şüarı belə idi : “Türkü və kürdü harada və nə vəziyyətdə görürsən öldür. Yalançıları, satqınları, erməni xəfiyyələrini, xainləri öldür, intiqam al!” (“Хисторама”, № 10, июнь 1895 г., стр.79)

Əlbəttə belə bir şəraitdə xalq özünü müdafiə etməli, bu qanlı hadisələrin qarşısını almalı idi. Naxçıvanda yaşayan yerli sakinlər isə sülhsevər olsa da, lazımi şəraitdə tarix boyu hər zaman özlərini müdafiə etməyi bacarıblar.

1906-cı ilin fevralında Tiflisdə keçirlən erməni-müsəlman sülh məclisində bu hadisə ilə bağlı Xatisovun (Ermənistanın gələcək baş naziri) dediyinə görə, o zaman Naxçıvanda “45 erməni və 1 müsəlman” həlak olmuşdu. Bu tarixi isə ermənilər ciddi cəhdlə yenə də saxtalaşdırmağa çalışırlar. Tarix boyu Naxçıvana göz dikən və heç vaxt bu istəyinə çata biməyən ermənilər üçün hər məğlubiyyət silinməz iz buraxıb.

Elə 1905-ci ilin mayında ermənilər Naxçıvanda terrora başlayanda da azərbaycanlıların cavab tədbirləri görmək məcburiyyətində qalması, nəticədə fitnəkar və terrorçuların layiqincə cəzalandırılması da görünür onlar üçün silinməz izlərdən biridir. Bu qırğın barəsində dövrün bir çox hadisələrini əsərlərində əks etdirmiş M.S.Ordubadi yazırdı : “1905-ci ilin mayında ermənilər Naxçıvanda büs-bütün məğlub olaraq, milli tarixlərinin səhifələrinə qara bir xətt çəkdilər” .

Bu hadisə ermənilər üçün Naxçıvanı ələ keçirmək planının nə qədər absurd və reallıqdan uzaq olduğunu bir daha xatırlatdı. Uzun illər sonra Günnüt əməliyyatında xatırlatdığı kimi..

Mövzumuzla bağlı digər bir məsələ də odur ki, Gülüstan və Türkmənçay müqavilələrinin imzalanmasından sonra Azərbaycana köçürülən ermənilər müqavilədə onların hüquqlarının qorunduğunu iddia edirdilər .  Ancaq reallıq başqa idi ..

Xatırladaq ki, müqavilənin əsas müddəaları Peterburqda hazırlanmışdı. Onun hazırlanmasında Qafqaz ordularının komandanı olmuş Yermolov və Paskeviçin yazışmaları, hesabatları və sənədləri mühüm rol oynayıb. İlk olaraq 1826-cı ildə ilk müddəalar yazılıb, daha sonra Cəlaloğlu lagerində 24 may 1827-ci ildə Qirboyedov və Obresk tərəfindən əlavələr edilib.

Xüsusi olaraq diqqət çəkmək istəyirik ki, Türkmənçay müqaviləsinin Peterburq variantında ermənilərin köçürülməsi və ümumiyyətlə, ermənilərə aid heç bir cümlə belə olmayıb. Müqavilənin orijinal nüsxəsi olan “1826,1827 və 1828-ci illər ərzində Paskeviç və onun yavəri Buturlin arasında gizli və hərbi yazışmalar” adlı sənəd də buna sübutdur. (Л.С. Семенов, «О некоторых источниках по истории русско-персидских отношений первой трети XIX в.», «Вестник Ленингр. У-та \ 1959, У.)

Tarixdə həmin hadisələr bu cür qalıb :  1827-ci ilin 9 noyabrında Dehqarqanda keçirilən danışıqlar vaxtı Qriboyedovla Paskeviç görüşərkən keşiş Nersesin Xoydan göndərdiyi nümayəndələr onlardan ermənilərin köçürülməsi qayğısına qalmağı xahiş edirlər. Bu xahişin məzmunu isə bu cürdür: “İndi bizim erməni millətinin sədaqətli müdafiəçisi cənab A.S.Qriboyedovdan əsir düşmüş xristianlar haqqında mənim xahişimi unutmamasını və onları rus ağalığının qüdrətli bayrağı altına qəbul etməsini rica etdim. Mən həmçinin İranda olan bütün ermənilər haqqında zati-alidən xahiş etdim və indi cənaba bu barədə yazaraq cənabınızdan da rica edirəm: İvan Fyodoroviç Paskeviçi lütfən sövq edəsiniz ki, barışıq zamanı İranın şəhər və kəndlərində yaşayan ermənilərin böyük Rusiya imperiyası himayəsi altında azad surətdə öz vətəni (?) Ermənistana qayıtması haqqında maddəni müqaviləyə daxil etməyi unutmasın.”( Allen-Paul Muratoff, Kafkas Harekâtı, 1828-1921 Türk-Kafkas Sınırındaki Harplerin Tarihi, Ankara 1966, s. 3-17.)
Bu görüşdən sonra Qribayedov Naxçıvanla bağlı Paskeviçə məktub yazır. Məktubun məzmunu belədir:  Из письма А.С.Грибоедова о переселении армян на территорию Азербайджана, в том числе Нахчывана, адресованного графу Паскевицу . «Переселение после Туркменчайского договора армян в Нахчыванскую область является необдуманной политикой. Потому что согласие русского правительства на такое переселение вызывает в Нахчыване справедливый протест местного и коренного населения… До этого переселения, прежде в Нахчыване проживало очень мало армян, их можно было пересчитать по пальцам. После Туркменчая численность переселяемых из Ирана армян искусственно доводится.

Əlqərəz.. Demək istədiyimiz odur ki, hər hansı iddianı irəli sürməzdən əvvəl həmin mövzu haqqında tutarlı dəlillərin olmalıdır. Xüsusən də tarixlə bağlı..

Əsrlər boyu oğurluq , saxtakarlıq, yaltaqlıq, satqınlıq kimi məziyyətləri ilə “ad qazanan” ermənilər hələ də bundan əl çəkməyiblər. Döyüş meydanında qələbə qazana bilməyəcəyini anlayan ermənilər beləcə bu qədim “ənənələrinə” əl atmaqla kifayətlənirlər. Yəqinki erməni təfəkküründən  də bundan başqa nəsə gözləmək olmaz..  Hələ illər əvvəl rus şairi A.S.Puşkinin də dediyi kimi : “Sən oğrusan,sən qorxaqsan,sən ermənisən!

P.S. Yazını linkə daxil olmaqla oxuya bilərsiniz : 123ru.net




Ana səhifəyə qayıt        Baxış: 112          Tarix: 1-11-2018, 15:52      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent