Xəbər lenti

 

Eldar Əzizovun Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezident sərəncam imzalayıb.

Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda deyilir.

“Eldar Əziz oğlu Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilsin.” – deyə sərəncamda deyilir.

Bəs, yeni mer kimdir?

-Əzizov Eldar Əziz oğlu 28 iyun 1957-ci ildə Bakı şəhərində anadan olub. 1979-cu ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib. O, 1979-cu ildən Azərbaycan Komsomolu Mərkəzi Komitəsində müxtəlif məsul vəzifələrdə çalışıb. 1984-cü ildən Bakı şəhəri 26 Bakı Komissarları rayonunun Komsomol Komitəsinin birinci katibi, 1987-ci ildən isə Bakı şəhər komitəsinin birinci katibi vəzifələrində işləyib. 1989-cu ildən Azərbaycan Komsomolu Mərkəzi Komitəsinin katibi vəzifəsinə seçilib. Dəfələrlə Bakı Şəhər Deputatlar Sovetinin üzvü seçilib. 1990-cı ildə Azərbaycan SSR Ali Sovetinə xalq deputatı olub.



1991-ci ildən Azərbaycan Gənclər İttifaqı Mərkəzi Komitəsinin katibi vəzifəsində işləyb.

1998-ci ildən Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasında Beynəlxalq əlaqələr şöbəsinin müdiri, 1999-cu ildən Bakı Şəhər İcra Hakimiyyətində Xarici əlaqələr və investisiya proqramları departamenti sədrinin birinci müavini, 2000-ci ilin mart ayından Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifələrində çalışıb.



E.Əzizov 28 iyun 2000-ci ildə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub. O, 2003-cü ildə həmin vəzifədən azad edilərək, Gəncə şəhəri İcra hakimiyyətinin başçısı təyin edilib. 2011-ci ildə bu vəzifəsində də azad edilən E.Əzizov ölkə başçısının sərəncamı ilə Sumqayıt şəhəri İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.




Ana səhifəyə qayıt        Baxış: 1 457          Tarix: 15-11-2018, 13:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma